Urologiya

Əsas səhifə / Urologiya

MODERN Hospitalda böyrəkdə, sidik axarinda və sidik kisəsində bütün növ və həcmli daşlarin lazer və elektromaqnit dalğalar ilə  parçalanmasi əməliyyatları həyata keçirilir. Əməliyyatlar dəri üzərində heç bir kəsik  aparılmadan icra olunur və xəstə növbəti gün evə buraxılır.

Xəstəxanada kişilərdə prostat vəzinin iltihabı xəstəlikləri və şişləri, sidik buraxma pozğunluqları,  cinsi problemləri urologiya və andrologiyanın müasir prinsipləri və protokolları üzrə müalicə olunur.

Sidik buraxmanın kəmiyyət göstəriciləri ən müasir Uroflometer cihazı tərəfindən ölçülür və yalniz bundan sonra dərman və ya cərrahi əməliyyata qərar verilir.

Aparılan əməliyyatlarda istifadə olunan anesteziya adətən, beldən sinirləri keyləşdirən dərmanı vurmaqla  tətbiq olunur və ümumi anesteziyaya çox nadir hallarda ehtiyac olur. Əməliyyat vaxtı xəstə ayıq olmasına baxmayaraq heç bir ağrı hiss etmir və əməliyyatdan sonrakı dövrdə cəmi  2 gün xəstəxanada qalır. 

 

   

Mərkəzin Həkimləri

MODERN HOSPITAL © 2015 | Bütün Haqqlar Qorunur
Content