KOLO - PROKTOLOGIYA : ÜMUMİ CƏRRAHİYYƏNİN YOĞUN BAĞIRSAQ, DÜZ BAĞIRSAQ, ANAL VƏ PERİANAL BÖLGƏ XƏSTƏLIKLƏRI İLƏ MƏŞĞUL OLAN SAHƏSİDİR.
YOĞUN BAĞIRSAQ (KOLON) - REKTUM VƏ ANUS XƏSTƏLİKLƏRİ cüzi rahatsızlıqlarla yanaşı həyat üçün təhlükə yaradan hallara da səbəb ola bilər. Bu xəstəliklərdə erkən diaqnostika və müalicə çox zaman xəstənin həyatı üçün yarana biləcək narahat vəziyyətləri aradan qaldırmağa və həyat qurtarıcı ola bilir.Bəzən pasientlərin çoxu bu sahə haqqında məlumatın az olması və ya utanma kimi səbəblərdən həkimə gec müraciət edirlər ki, bu da xəstəliyin ağırlaşmasına səbəb olur.
PROKTOLOGİYA SAHƏSİNƏ DAXİL OLAN XƏSTƏLIKLƏR :
· Qəbizlik və ya ishal kimi bağırsağın funksional pozğunluğu.
· Yoğun bağırsaq, düz bağırsaq və anal nahiyyənin xoşxassəli törəmələri - POLİPLƏR
· HEMORROY xəstəliyi və ya BABASİL
· FİSTULALAR - ANAL, PERİANAL, REKTOVAGİNAL
· ANUS VƏ DÜZ BAĞIRSAQ ÇATLARI.
· YOĞUN BAĞIRSAĞIN İLTİHABİ XƏSTƏLIKLƏRİ (KOLİT).
· PERİANAL ABSESLƏR.
· PİLONİDAL SİST ( BÜZDÜM NAHİYYƏSİNDƏ TÜK DÖNMəSİ ) - BÜZDÜMÜN DERMOİD SİSTİ
· DÜZ BAĞIRSAĞIN BƏZİ İNFEKSİYON XƏSTƏLIKLƏRI .
· VİRUS XƏSTƏLIKLƏRI ( KOLDİLOMA, POPİLLOMA , Ziyillər Və S)
· REKTAL PROLAPSUS – DÜZ BAĞIRSAQ SALLANMASI
· ANAL STENOZ ( DARALMA)
· DOĞUŞDAN SONRAKI ARALIQ VƏ ANOREKTAL TRAVMALAR
KOLO-REKTAL xəstəliklərin ümumi əlamətləri nələrdir ?
Anusdan qanın gəlməsi ( təze-qırmızı və ya laxyalanmış əekilndə ola bilir
Defekasiya aktında nəcisin incəlməsi
Qəbizlik və ya əksinə diareyanın ( ishal ) olması
Defekasiya aktından sonar tam rahatlanmama və təkrar –təkrar tualet ehtiyacını həyata keçirmək istəyi
Defekasiya aktı zamanı ağrının olması,
Anus nahiyyəsində qaşıntı, dəri aşılanması, şişliklər və yaraların olması,
Qarında zaman zaman izah edilə bilməyən ağrıların olması,
Zəiflik hissi və qanazlığı hallarının inkişaf etməsi
Qeyd olunan şikayətlər zamanı xəstə mütləq həkimə müraciət etməlidir. Çünki yoğun bağırsaq xərçənginin ilkin əlamətlərindən biri də ola bilər. Unutmayaq ki Yoğun bağırsaq xərçənginin ilkin diaqnostikası nəticəsində yaşama göstəricilri olduqca yüksəkdir !
Diaqnostika üsulları hanılardır?
Müayinələr aztravmatik və steril şəkildə fərdi alətlərlə və xüsusi ağrıkəsici məlhəm, gellərdən istifadə olunmaqla həyata keçirilməkdədir !
Fiziki müayinə üsulları:
Rektal – bimanual müayinə: Anüs və Rektumun əlcək geyinilərək barmaqla icra olunan müayinəsidir.. Bu üsulla həmin nahiyənin bir çox xəstəlikləri əllənərək aşkarlana bilir.
Endoskopik muayinə üsulları;
Anoskopiya, Rektoskopiya, Proktoskopiya,– xüsusi içiülandırılan Optik cihazla bağırsaq içinin 30 cm e qədər görüntülənməsidir.
Total video kolonoskopiya – Yoğun bağırsağın bütün şöbələrinin endoskopla görüntülənməsidir. Amerikanın Xərçənq Assosiasiyasının məlumatına əsasən, bağırsaq xərçəngi (şişi) xərçəng səbəbi ilə ölümlər arasında ikinci yerdədir. Ancaq bunun qarşısını almaq mümkündür. Əgər bağırsaq müayinəsi (kolonoskopiya) zamanında aparılıb, izlənən poliplər zamanında uzaqlaşdırılırsa, xərçəngdən qurtulmuş oluruq. Xərçəng erkən mərhələdə simptomsuz keçir. 50 yaşı tamamlamış hər bir insan, bağırsaq şikayəti olmasa belə, kolonoskopik müayinədən keçməlidir.
Kapsul endoskopiyası- həzm sistemində yeri tapılmayan gızlı qanamalar, kçik çatlar, xoralar və s. bu kimi xəstəliklərin diaqnostikası üçün tətbiq olunan bir üsuldur. Digər endoskopik üsullardan fərqli cəhəti odur ki bütünlüdə qida borusu, mədə, nazik və yoğun bağırsaqların şöbələri tam tətqiq olunur və bu orqanların daxili foto şəkilləri çəkilir.
Rentgen müayinəsi:
Defekoqrafiya – Defekasiya aktının pozulmasını aşkarlayan roentgen müayinısidir.Anal sallanma, rektosele və ya enterosel kimi bağırsağın sallanması və ya anatomik pozuntusu hallarında mühüm diaqnostik önəmi vardlr.
Fistuloqrafiya – Anal , perianal nahiyyənin fistulalarının roentgen contrast maddə vurulmaqla roentgen müayinəsi
İrriqoskopiya və irriqoqrafiya –yoğun bağırsağın bütün şöbələrinin roentgen contrast maddə yeridilməklə roentgen şəklinin çəkilməsi üsuludur.
Kompyuter tomoqrafiyası
Anal sfinktorun vəziyyətini qiymətləndirən üsullar:
Anal manometriya və Anorektal elektromioqrafiya ( EMG) anal nahiyyənin əzələlərinin ylığılma gücünü öyrənən üsuldur.
Laborator müayinələr;
Nəcisdə gizli qanın müayinəsi, nıcisin əkiməsi, disbakterioza görə müayinəsi, qanın ümumi analizi, onkomarkerlərin təyini və s.
Müalicə üsulları.
Klinikamızda 3 fərqli müalicə üsulları tətbiq olunmaqdadır:
1. Konservativ müalicə üsulları – Dərman müalicəsi
2. Xəstəyə hər hansı bir növ anesteziya tələb etməyən müayinəxana şəraitində tətbiq olunan üsullar:
· İNFRAQIRMIZI KOAQULYASİYA: Lazer- şüasl ilə pıxtalaştırma üsuludur.
· BAND LİGASİYASI: Lateks həlqələrin daxili babasillərdə tətbiq olunaraq boğulması.
· SKLEROTERAPİYA: Dərman inyeksiyası ilə damarı büzüşdürmə üsulları
3. Cərrahi əməliyyatlar :
· Absesin ( irinliyin) yarılması,
· Hemorrid düyünılərinin trombozu zamanl ağrısızlaşma məqsədilə ( xüsusən hamilələrdə ) trombektomiya əməliyyatı
· Klassik Hemorroidektomiya,
· LİGASURE ilə hemorroidektomiya
· Anal çatın kəsilib götürülməsi
· LİS - LATERAL İNTERNAL SFİNKTEROTOMİYA əməliyyatı
· Polipektomiya
· Kondilomaların yandırılması
· Anal və perianal fistulaların ləğvi
· Dermoid sistin kəsilib götürülməsi – açıq və ya Limberq üsulu ilə palstika
· Anusun plastikası
· Aralığın plastikası
· Düz bağırsağın plastikası
· LONGO əməliyyatı və s.