Klinikamızın üz-çənə cərrahiyyəsi şöbəsində kistalar, şişlər kimi patologiyalarla bərabər, çənə
sınıqlarının açıq və qapalı üsullarla müalicəsi, retension dişlərin çıxarılması və ağzın sərt və
yumşaq toxumalarında edilən düzəlişlər , son illərdə diş həkimliyində tez-tez istifadə olunan
implantların çənəyə yerləşdirilməsi, implant üçün kifayət qədər sümüyün olmadığı
vəziyyətlərdə sümük greftlərin qoyulması kimi irəli implant cərrahiyyəsi ,
Üz-çənə anomaliyaları olan alt və ya üst çənənin irəlidə və ya geridə olması ilə əlaqədar
çeynəmə funksiyasının və estetik görünüşün pozulmasından yaranan halların, Gicgah çənə
oynağının problemlərinin və xəstəliklərinin, miyofasiyal ağrı sindromu, oynaq hərəkətləri
zamanı (ağız açma və bağlama zamanı) yaranan ağrıların və səsin konservativ üsullarla
müalicəsi və cərrahiyyəsi ,
Əlavə olaraq stomatologiyada mövcud olan bütün cərrahi müdaxilələr - süt, daimi və
retensiyalı dişlərin çəkilməsi; diş köklərinin çəkilməsi; ağıl dişlərinin cərrahi çəkilməsi; apikal
rezeksiya; abses və fleqmonların boşaldılması; alveolit, perikoronit, periostit, osteomiyelit və
sair infeksiyalı patologiyaların cərrahi müalicəsi; kistektomiya; müxtəlif növ mikro-cərrahi -
alveoplastika, osteoplastika, gingivektomiya və gingivoplastika, frenulektomiya, flap
əməliyyatı və sair uğurla həyata keçirilir.