Oftalmologiya

Əsas səhifə / Oftalmologiya

Modern Hospitalda oftalmologiya kabinetində əsasən ambulator şəraitdə göz xəstəliklərinin müayinə və müalicəsi həyata keçirilir. Hər cür avadanlıqlarla təchiz olunmuş kabinetdə yeni doğulmuş körpələrdən tutmuş böyüklərə qədər hər cür xəstəyə baxılır.Hazırda diqnostika üçün ən müasir oftalmoloji avadanlıqlardan klinikada otoreflektometr, biomikroskop, linzalar, tomometr, göz dibi müayinəsi üçün ayrıca cihaz və əl oftalmoskopu vardır.

Oftalmoloqlar tərəfindən poliklinika şəraitində müalicə edilə bilən bütün göz xəstəlikləri müalicə edilir:

  • Bu xəstəliklərə retina xəstəliklərinin (göz dibi xəstəlikləri),
  • Körpələrdə kəllə daxili təzyiq nəticəsində yaranan göz problemlərinin müayinə və müalicəsi,
  • Şəkərli diabet və arterial hipertoniyalı xəstələrdə göz dibi müayinəsi, gözdə yaranan fəsadlaşmalar müayinə edilir,
  • Göz və su kanallarının yuyulması,
  • Göz yaşı kanallarının zondlanması, yuyulması,
  • Buynuz qişa xəstəliklərinin müalicəsi,
  • Göz infeksiyalarının müalicəsi,
  • Qlaukoma xəstəliyinin (yüksək göz təzyiqi xəstəliyi) diaqnostikası və müalicəsi

Mərkəzin Həkimləri

MODERN HOSPITAL © 2015 | Bütün Haqqlar Qorunur
Content