Modern hospitalda stomatoloji xidmətlərə ortopediya, endodontiya, paradontiya, ortodontiya, terapiya və cərrahiyyə daxildir.
Modern Hospitalda ən son texnologiyaya malik olan Yapon və Alman avadanlıqları istifadə edilir. İstifadə edilən dərman preparatları və gigiyenik vasitələr də müasir standartlara cavab verir.
Modern Hospitalın stomatologiya kabinetində sterilizasiyaya ciddi əməl olunur. Yüksək keyfiyyətli İtaliya istehsalı olan sterilizasiya aparatımız-avtoklav mövcuddur. Bütün cihazlarımız hər birisi avtoklavda gündəlik sterilizasiya olunur.
Şöbəmiz dişlərdə mövcud problemləri aşkar etmək üçün vizioqraf aparatına malikdir. Rentgen aparatına nisbətən vizioqrafda şüalanma minimumdur. Həmçinin bu aparatla stomatoloqlar pasientdə ağız boşluğunda ən xırda məsamələri görə bilirlər.