Ümumi məlumat:
Tibbi qurumlarda diaqnozun qoyulması, müalicə müddəti, xəstəliyin vəya pasiyentin sağalma mərhələlərini təqib etmək üçün laboratoriya xidmətlərinin funksiyası əvəzedilməzdir. Xüsusilə doğru diaqnozun qoyulması və müalicənin nə dərəcədə müvəfəqiyyətli olmasını araşdırmaq üçün laboratoriya xidmətlərini həkimlərin ən özəl dəstəkləyici vasitəsi adlandırmaq olar.
Laboratoriya mütəxəsissləri biokimya, genetika üzrə ixtisaslaşmış tibbi personaldan formalaşır.
24 saat boyunca fəaliyyət göstərən tam avtomatlaşdırılmış sistemin tətbiq olunduğu Laboratoriyamızda bütün növ analizlər, gigiyenik və güvənilən bir şəkildə aparılmaqdadır.
Uyğun olaraq:
- Biokimyəvi,
- Mikrobioloji,
- İmmunoloji,
- PZR,
- Müxtəlif sınaq və Express testlər,
- Klinik,
- Seroloji,
- Sitoloji və Histoloji,
- Bakterioloji analizlər
dəqiqliklə yerinə yetirilərək nəticələr pasientlərə birbaşa və ya pasiyentlər tərəfindən təqdim olunmuş mail adresinə göndərilməklə təqdim olunur. Avropanın referans sayılan laboratoriya sistemlərinin protokollarına əsasən fəaliyyət göstərən laboratoriyamız ən son texnoloji yenilikləri davamlı təqib etməkdədir. Bunun nəticəsidir ki, fəaliyyət göstərdiyimiz müddətdə bütün həkimlərin və pasiyentlərin inamını qazanaraq tam əminliklə etibar olunacaq sağlamlıq müəssisəsi adını qazanmışıq.