SOSİAL MƏSULİYYƏT

Korporativ sosial məsuliyyət siyasəti çərçivəsində hər zaman təqdirəlayiq işlər görən kollektivimiz bir sıra xeyriyyə təşkilatları və uşaq evlərinə davamlı olaraq xidmət göstərməkdədir. Bunlardan, Bakı şəhəri İcra Hakimiyyəti nəzdindəki Suraxanı rayonu 2 N-li uşaq evindən günümüzə kimi yüzlərlə kimsəsiz uşaqlara, “Ümid yeri” xeyriyyə cəmiyyəti, Uşaq və Gənclər üçün sosial reabilitasiya mərkəzi, Mingəçevir şəhər “Uşaq və ailələrə dəstək” mərkəzi, SOS Uşaq Kəndləri, Qızıl Aypara Cəmiyyəti, 1 saylı körpələr evi, valideyn himayəsindən məhrum olmuş Uşaqlara Dayaq ictimai birliyi, “Ümüdlü Gələcək” gənclər təşkilatının nəzdindəki kimsəsizlərə, təmənnasız ambulator və stasionar xidmət göstərilir.