DOPPLER USM
Ümumi Məlumat

Doppler ultasəs müayinəsində ultrasəs enerjisindən istifadə olunur.

Aşağı ətraf venalarının ultrasəs (doppler) müayinəsi – venaların anatomik yerləşimini, tamlığını, qapaq funksiyasının qiymətləndirilməsini öyrənən yüksək informativ və qeyri – invaziv müayinə üsuludur.

Damarlarda qanın axışını müəyyən etmək üçün ultrasəsdə 2 növ mövcuddur:

  • Rəngli doppler-normal USM üzərindən damarların rəngli olaraq göstərilməsi
  • Spektral doppler-qan dövriyyəsinin normal görüntü xaricində qrafik olaraq görüntülənməsi

“Rəngli Ultrasəs Müayinəsi” olaraq tanınan Doppler ultrasəs müayinəsi ilə dəyərləndirilir:

  • boyun damarları,
  • qol və ayaq damarları,
  • daxili orqanlarda qan axımını
  • bədənin müxtəlif nahiyyələrində olan törəmənin qanla təchizatını

Doppler USM zamanı arteriyalarda kirəcləşməyə bağlı daralma və tutulmalar, damarın daxili divarının yırtılması, anevrizma-damar genişlənməsi, qaraciyəri qanla təchiz edən damarların müxtəlif xəstəlikləri, hipertoniya-yüksək təzyiq və diabet pasiyentlərində böyrək arteriyası, Venalarda qapaq çatmamazlığı (varikoz), tromboz və s. xəstəliklərə baxılır.

Doppleroqrafiyanı hamiləliyin hansı müddətində aparırlar?

Bu müayinə metoduna cift tam formalaşdıqdan sonra, yəni hamiləliyin 20-ci həftəsindən sonra müraciət etmək olar. Dölün intensiv böyüdüyü dövrdə aparılması daha məqsədəuygundur, çünki bu dövrdə aparılan müayinə daha informativdir, bu da, hamiləliyin 27-34-cü həftələrini əhatə edir.

Plasentar qan dövranındaki anormal dəyişiklikləri vaxtında aşkarlamaq üçün, doppleri 20-24-cü həftələrdə aparırlar. 30-34-cü həftələrdə dopplerometriya USM ilə birlikdə aparılır.

Dopplerometriyanın bütün hamiləlik dövrü boyunca aparılması mümkündür, çünki, sadə və təhlükəsizdir, həmçinin yüksək diaqnostik və proqnostik informativliyi mövcuddur. Buna görə də qandövranının öyrənilməsində bu müayinə metodu əvəzedilməz hesab olunur.

Müayinədən öncə:

Doppleroqrafiyada qarın boşluğundakı damarların dəyərləndirilməsi zamanı:

  • südəmər uşaqlarda əmzirməyə qədər,
  • 5 yaşa qədər uşaqlarda 4 saatlıq,
  • 10 yaşa qədər olanlarda 6 saatlıq,
  • böyüklərdə 12 saatlıq

ac qalınması uygun görülür.

Hospitalımızda son texnoloji yenilikləri özündə cəmləyən Doppler ultrasəs avadanlığı vasitəsilə mütəxəssislərimiz mümkün bütün xidmətləri professional şəkildə icra etməkdədir. Düzgün təyin olunmuş diaqnozlar sayəsində hər il yüzlərlə pasiyentin xəstəliklərinə zamanında müdaxilə edilərək erkən sağlamlıqlarına qovuşması təmin olunur.

Sualınız var?
  • Varikoz damar genişlənməsi;
  • Aşağı ətrafların varikoz xəstəliyi;
  • Aşağı ətraf arteriyalarının aterosklerozu;
  • Obliterasiyaedici endarteriit;
  • 4-Səthi və dərin venaların trombozu;
  • Günün sonunda ayaqda ödemin olması;
  • Baldırda uzunmüddətli sağalmayan xoraların mövcudluğu;
  • Damar şəbəkəsinin travmatik zədələnməsi;
  • Hamiləliyin fəsadlı gedişi:
  • az sululuq,
  • ödem və ya çox döllülük,
  • plasentanın vaxtından əvvəl yetişməsi və ya bərk bitişməsi,
  • doğuşun gecikməsi;
  • Hamiləlikdə ultrasəs müayinə
  • Doppler müayinəsi
  • Ayrıntılı (detallı) ultrasəs müayinəsi 18-22 həftələrdə
  • Uşaqlıq boşluğunun patologiyalarının müayinəsi
  • Yuxu arteriyalarının və vertebral arteriyaların doppler müayinəsi
  • Aşağı və yuxarı ətraf arteriyalarının doppler müayinəsi
  • Aşağı və yuxarı ətraf venalarının doppler müayinəsi
  • Diz oynağının müayinəsi
  • Yenidoğulmuşlarda bud-çanaq oynağının müayinəsi (displaziyasının təyini)
  • Diabetik ayaq yaraları olan pasiyentlərdə yara və ətrafına qan təchizatının nə dərəcədə olmasının yoxlanılması