Elektroensefaloqrafiya (EEQ) – yüksək həssaslığa malik, baş beyinə elektrik impulsların təsiri vasitəsilə beyin funksiyalarının tədqiqatını edən funksional diaqnostika metodudur.
Elektroensefaloqrafiya (EEQ) – elektrofiziologiyanın bir bölməsi olub, baş səthindən baş beynin ümumi elektrik fəaliyyətinin qanunauyğunluqlarını öyrənən müayinə metodudur. EEQ həmçinin, baş beynin funksional vəziyyətini, onun bioelektrik fəallığının qeydə alınması yolu ilə tədqiqinin qeyri-invaziv bir metodudur.
EEQ-nin qeydiyyatı, diaqnostik və terapevtik sahədə (xüsusilə də epilepsiyada), anesteziologiyada, eləcə də qavrama, yaddaş, adaptasiya və s. kimi funksiyaların həyata keçirilməsi ilə bağlı beyin fəaliyyətinin öyrənilməsində geniş şəkildə istifadə olunur.
EEQ nevroloqlar tərəfindən epilepsiyanın erkən əlamətləri, baş beyində iltihab proseslərinin və qan dövranının pozulmasının əlamətləri, şiş aşkarlanması, insultun nəticələri və s. təyin etmək üçün tətbiq olunur. Həmçinin Pediatrik təcrübədə EEQ baş beyinin inkişaf dərəcəsini dəyərləndirmək üçün tətbiq edilir.
EEQ-nın müxtəlif növləri var:
- Sadə EEQ (10-15 dəqiqə ərzində aparılır),
- Provaktiv sınaqlar ilə keçirilən EEQ,
- EEQ monitorinqi(24 saat ərzində),
- EEQ monitorinqi(sadəcə gecə).
Pasiyentin hansı müayinədən keçirilməsi gərəktiyini hər bir halda həkim tərəfindən təyin edilir.
Müayinə zamanı pasiyent gözləri qapalı vəziyyətdə oturur. Müayinə bu şəkildə aparılır.
Ensefaloqrafiya Modern Hospitalda, təcrübəli nevroloqlarımız tərəfindən modern EEQ aparatlarında aparılır. Hospitalımızda kiçik pasiyentlərimiz üçün də EEQ müayinəsinin aparılması mümkündür.
EEQ tamamilə zərərsiz və şüasız bir müayinə üsuludur. Hər yaşda insan üçün EEQ müayinəsi uygundur.