EKQ (ELEKTROKARDIOQRAMMA) VƏ EXO KQ (EXO KARDIOQRAMMA)
Ümumi Məlumat

Elektrokardioqramma – ürəyin bioelektrik aktivliyinin müayinə növlərindəndir. Həm yaşlılarda, həm uşaqlarda kardioloji diaqnostikanın əvəzedilməz metodudur. EKQ – Ürək əzələsinin və keçirici sistemin funksiyasını araşdırmaq üçün ürəkdə əmələ gələn elektrik fəaliyyətinin yazılmasıdır. Bir axın yüksəldici tərəfindən yüksəldilən yığılmalar əsasən istiyə həssas kağız üzərinə yazılır. Keçiricilik və ritm pozulmalarında, mədə və ürək qulaqcıqlarının hipertrofiyasında, ürəyin işemik xəstəliklərində, miokard infarktında və digər ürək xəstəliklərində elektrokardioqramma diaqnostika üçün geniş istifadə olunan üsuldur. Bu üsul ürək döyüntülərinin sayı və ritmi haqqında ətraflı məlumat verir, ürək lazımi miqdarda oksigen almadıqda əmələ gələn pozulmaları qeydə alır.

EKQ həkimin müayinə zamanı aşkar etdiyi nəticələrlə birlikdə dəyərləndirildiyində, digər təhlil və nəticələr ilə birlikdə nəzərə alınaraq xəstənin diaqnozunun düzgün qoyulmasında yardımçı ola bilər.

Profilaktika üçün hər bir insana müntəzəm olaraq EKQ olunması vacibdir.

Exo-kardioqrafiya (Exo-KQ) – kardiologiyada geniş tətbiq edilən ultrasəs diaqnostikası metodudur. Ultrasəs dalğaları vasitəsilə ürəkdə həm funksional, həm də morfoloji dəyişikliklər təyin edilə bilər. Exo-KQ ürək qüsurları, koronar damarların sklerotik dəyişiklikləri, aortanın anevrizması, ürəkdaxili tromb, ürək çəmbərlərin genişlənməsi və digər diaqnozları qoymaq üçün istifadə edilir.

Exokardioqrafiya ürək əzələsi və ümumilikdə ürək fəaliyyətini səs dalğaları ilə dəyərləndirən müayinə metodudur. Dalğaların radiasiyalı olmaması, müayinə zamanı heç bir dərmanlardan istifadə edilməməsi hamilələrə, yeni doğulmuş uşaqlar daxil hərkəsə asanlıqla tətbiq oluna bilər. Ürək böyüməsi, ürək əzələsinin xəstəlikləri, qapaq xəstəlikləri, ürək çatışmazlığı, ürək daxili kütlələr, tromblar, ürək şişləri, anadangəlmə ürək qüsurları, hətta orqanizmin ən böyük damarının-aortanın xəstəliklərinin təyin edilməsi üçün vacib olan mühüm müayinə metodudur.

EXO Kardioqramma növləri:

  • B-rejimli exokardioqrafiya- ürəyin və onun müxtəlif hissələri(qapaqlar, ürək boşluğu) adi olaraq görməyə imkan yaradır
  • M-rejim burada ürəyin yoxlanılması xüsusi qrafik formasında alınmış təsvirin üzərində aparılır. Köməkçi üsul hesab edilir və əksəriyyət hallarda birinci üsul ilə birlikdə aparılır.
  • Doppler exokardioqrafiya müxtəlif formalarını özündə birləşdirərək(impulsdalğalı, fasiləsizdalğalı, rəngli, energetik, toxum doppler) sonda ürəkdaxili və ürəkdən çıxan maqistral damarlarda gedən qan dövranı haqqında, habelə ürək əzələsinin zəif hərəkət edən və gizli qalan sahələrini aşkar etmək imkanı yaradır.
  • Stress exokardioqrafiya-bu zaman ürəyin ultrasəs müayinəsi pasiyentə müxtəlif fiziki sınaqlar və ya yüklənmələr verilərək aparılır. Əsasən geniş istifadə olunur ürəyin işemik xəsliyindən əziyyət çəkən pasiyentlərdə.
  • Damardaxili ultrasəs xüsusi damara yeridilmiş ötürücünün köməkliyi ilə ürəyin koronar damarlarının yoxlanılması. İnvaziv üsul hesab edilir və bir çox hallarda koronaroqrafiya ilə birlikdə aparılır.
Sualınız var?
  • Aritmiyalar,
  • Ürək çatmamazlığı,
  • Ürək qüsurları,
  • İnfarkt,
  • Hamiləlik zamanı yaranmış ritm pozğunluqları
  • Ürək böyüməsi
  • Ürək əzələsi xəstəlikləri
  • Qapaq xəstəlikləri
  • Ürək daxili şişlər, tromplar
  • Aorta xəstəlikləri
  • ürək qapaqlarının vəziyyətinin öyrənilməsi
  • arterial təzyiqin ürəyə təsirinin öyrənilməsi
  • tromboembolik vəziyyət təyini
  • anadangəlmə ürək qüsurunun öyrənilməsi
  • ürəkdən çıxan damarların vəziyyətinin diaqnozu
  • ritm fraksiyasının öyrənilməsi
  • ürək əzələsinin vəziyyətinin təyini
  • qanın ürək kameralarında hərəkətinin izlənməsi
  • sistolik və diastolik funksiyalar
  • perikard boşluğunun vəziyyəti haqqında çox dəqiq məlumatlar əldə etmək

Bölümə aid həkimlər