ELASTROMETRİYA
Ümumi Məlumat

Fibroskan qısa zamanda ultrasəs dalğalarından istifadə etməklə qaraciyər sərtliyini ölçən tibbi cihazdır. Bu cihazla daha çox yağlı qaraciyərdə elastometriya müayinəsi aparılır. Fibroskan cihazı vasitəsilə qaraciyər biopsiyasından alınan toxumaların minimum 100 qatı böyüklüyündə qaraciyər sahəsi müayinə edilə bilər. Digər müayinə vasitələrindən əsas fərqi vəya üstün cəhəti budur ki, qaraciyər xəstələrində MRT, KT, ultrasəs müayinələrində fibroz görünmür, ama bu vasitədə fibrozları müəyyən etmək olur. Xroniki qaraciyər xəstəlikləri (Hepatit B, C, yağlı qaraciyər xəstəlikləri, dərman qəbuluna bağlı hepatitlər) qaraciyərdə zamanla zədələnməyə yol açır və bu zədələnmə qaraciyər toxumasında fibroz əmələ gətirir. Bu üsul ona görə əlverişlidir ki, invaziv deyil, adi ultrasəs dalğaları ilə qaraciyərin bütün paylarından gələn məlumatlar Fibroskan cihazına ötürülür, Fibroskan qaraciyər sərtliyini ölçərək qaraciyərin fibroz hissələrini rəqəmlər şəklində bizə verir. Bu rəqəmlər vasitəsilə mütəxəssislər fibrozun dərəcəsini müəyyən edir. Bu da həkimlərin, o cümlədən hepatoloqların, qastroenteroloqların təyin etdikləri müalicədə çox əhəmiyyətlidir. Ultrasəs dalğaları zərərsiz olduğu üçün təkrar müayinələrdən də istifadə olunur və bunun pasiyentə heç bir zərəri yoxdur. Həmçinin mühüm məqamlardan biri də budur ki, Fibroskanla sirroz riski olan pasiyentlərdə fibrozu erkən aşkar etməklə xəstəliyin inkişafının qarşısını almaq mümkündür.

Modern Hospitalda müasir Fibroskan avadanlığı vasitəsilə USM mütəxəssislərimiz tərəfindən  Elastrometriya müayinəsi aparılır. Hər il onlarla pasiyentdə qaraciyər fibrozlarının zamanında aşkarlanması və zamanında xəstəliklərə doğru müalicələrin tətbiq olunması sayəsində pasiyentlər qısa müddətdə sağlamlıqlarına qovuşublar.

Elastometriyanın digər müayinə metodlarından üstünlükləri:

  1. Bütün yaş qruplarına tətbiq edilir.
  2. Müayinə aparılmasına xüsusi hazırlıq tələb olunmur.
  3. Müayinə dəri tamlığını pozmadan icra olunur.
  4. Bütün çəki qruplarına aid edilir.
  5. Müayinə metodu daha sadə və zərərsiz olduğundan bir neçə dəfə təkrar etmək olar.
  6. Müayinə müddəti qısa vaxt (5-15 dəqiqə) ərzində olur.
  7. Heç bir əks göstərişi yoxdur.

Elastrometriya üçün əks göstərişlər:

  • Öd daşı xəstəlikləri
  • Qaraciyər törəmələri
  • Qarın boşluğunda hədsiz piylənmə
  • Hamiləlik dövrü
Ultrasəs müayinə kimlərə tətbiq olunur?

Anestezia əməliyyat olunacaq xəstələrə tətbiq olunur. Anestezia əməliyyat olunacaq xəstələrə tətbiq olunur. Anestezia əməliyyat olunacaq xəstələrə tətbiq olunur. Anestezia əməliyyat olunacaq xəstələrə tətbiq olunur.

Sualınız var?
  • Xronik hepatit B;
  • Xronik hepatit C;
  • Xronik hepatit D;
  • Yağlı qaraciyər xəstəlikləri;
  • Sirroz;
  • Autoimmun hepatit;
  • Dərmana bağlı hepatit;
  • Psoriaz;
  • Qaraciyər fermetlərinin yüksəkliyi;
  • Praymer biliar xolangiopatiya;
  • Alkoqolik xəstəliyi
  • Qaraciyərdəki fibroz sahələrinin aşkarlanması

Bölümə aid həkimlər