EMQ

Ümumi Məlumat

Elektroneyromioqrafiya (ENMQ) – əzələlərin və periferik sinirlərin bioelektrik aktivliyinin qeydiyyata alınmasına əsaslanan funksional diaqnostika metodudur. ENMQ elektrik impulsların periferik sinirlər ilə ötürülməsini, əzələlərin elektrik aktivliyini və sinir-əzələ ötürücülüyünü təsbit edir.

EMQ (Elektromioqrafiya) vücudumuzun sinir və əzələlərini dəyərləndirən bir müayinədir.

Müayinə zamanı sinirlərin tamlığı və funksiyaları kontrol edilir. Ehtiyac duyulduqda birdəfəlik iynələrlə əzələlərin durumu yoxlanılır.

Modern hospitalda ENMQ kompüter elektroneyromioqrafıya vasitəsilə keçirilir.

Aşağıdakı müayinələr mövcuddur:

  • səthi ENMQ;
  • iynəli ENMQ;
  • stimulyasiya ENMQ.

EMQ müayinələri uşaqlar, yeniyetmələr və böyüklərə tətbiq olunabilən müayinə vasitəsitidir.

EMQ iki mərhələdə həyata keçirilir:

1-ci mərhələdə sinirlərə impluslar ötürülərək sinirlərdə hər hansı pozulmalar olub olmadığı araşdırılır.

2-ci mərhələdə əzələrin problemli nahiyəsinə xüsusi iynələr batırılır, əldə edilən nəticələr avtomatik olaraq komputerə ötürülür.

Sualınız var?
  • Sinirsıxışmaları
  • Əl barmaqlarında uyuşmalar
  • Əl və ayaqlarda zəiflilik
  • Hiss etmə qabiliyyətinin itməsi
  • Bel və boyun yırtıqlarında əmələ gələn sinir zədələnmələri
  • Əl və dirsəkdə sinir sıxışması
  • Ayaqlarda sinir sıxışması
  • Bud və çanaqda sinir sıxışmaları
  • Bel və boyun yırtıqları zamanı əmələ gələn sinir kökü zədələnmələri
  • Sinir sisteminin regenarativ xəstəlikləri
  • Xüsusi ilə bel və boyun yırtıqları zamanı sinir zədələnməmələrin olması ehtimalı
  • Sinir yaralanmaları (kəsik,travma) sinir zədələnməsinin dərəcəsini təsbit edilməsi;
  • Sinir sıxılması (karpal tunel,kubital və tarsal tunel sindromu), periferik sinir sistemi zədələnmələrinin aşkar olunması;
  • Boyun və bel yırtığının diaqnozuna istiqamət;
  • Polineyropatiyalarla nəticələnən xəstəliklər zamanı (Şəkər xəstəliyi) sinirlərin zədələnməsinin təyin olunması;
  • Əzələ və sinir-əzələ sinapslarındakı xəstəliklərin (miopatiya, miasteniya) təyin olunması;
  • Əzələ ərimələri ilə gedən xəstəliklər motoneyron xəstəliklərində (poliomiyelit, ALS) əzələ disfunksiyalarının təyini;

Bölümə aid həkimlər