KT (KOMPUTER TOMOQRAFİYA)
Ümumi Məlumat

Komputer Tomoqrafiya – müasir şüa diaqnostikanın ən müasir müayinə metodlarından biri olub hal-hazırda geniş spekterlərlə tibbdə istifadə olunmaqdadır. Kompüter tomoqrafiyası (KT) – daxili orqanların, sümüklərin, yumşaq toxumaların və qan damarlarının təfsilatlı görüntüsünü əldə etmək üçün istifadə olunur. Müayinə metodunun əsasını rentgen şüalarının istifadəsi təşkil edir. Bu müayinə üsulu vasitəsi ilə beyində, onurqa sütunu fəqərələrində, ağ ciyərdə, qarın boşluqunda və sümüklərdə olan xəstəlikləri aşkara çıxarmaq mümkündür.

Müayinə zamanı pasiyent kompyuter tomoqrafiya cihazının içərisində hərəkətsiz uzanır və əldə olunan görüntülər kompyuter ekranında izlənilir. Müayinə növündən asılı olaraq pasiyentə qol damarlarından kontrast maddə yeridilə və kontrast maddə içirdilə bilər.

Modern Hospital Radiologiya şöbəsində fəaliyyət göstərən Siemens Emotion komputer tomoqrafın ən böyük üstünlüklərindən biri budur ki, qısa müddət ərzində ( təxminən 2-3 dəq) pasiyentlərimiz komfortlu bir şəraitdə bu müayinədən keçir və qısa zaman ərzində müayinənin cavabı pasiyentlərimizə verilir.

Bundan əlavə şöbəmizdə komputer tomoqrafiya angioqrafiya müayinəsi vasitəsi ilə beyin damarlarından başlayaraq ayaq damarlarına kimi olan bütün arteriyaların görüntüsünü almaq mümkündür və bunun koməyi ilə damarlarda rast gəlinə bilən daralmalar, okkluziyalar və anevrizmaları, eyni zamanda anadangəlmə damar malformasiyalarını aşkar etmək mümkündür.

Peşəkar radioloqlarımızın xidmətilə KT müayinəsi 7/24 pasiyentlərə aralıqsız xidmət göstərməkdədir.

Sualınız var?
  • Travmalar (kəllə-beyin, döş qəfəsi, abdominal)
  • Kəskin qansızmalar
  • Ağ ciyər patologiyası
  • Mədə-bağırsaq sistemin patologiyası
  • Öd kisəsi, böyrək, sidik kisəsi daşları
  • Paranazal sinusların patologiyası (sinuitlər və s.)
  • Gicgah sümüklərin patologiyası
  • Sümüklərin patologiyası
  • Törəmələr ( şişlər, kistalar və s.)
  • Orqanların struktur dəyişiklikləri
  • Limfa düyünlərinin zədələnmələri
  • Damarların genişlənmələri, daralmaları
  • Beyinin damar patologiyaları (insultlar, qansızmalar, anevrizmalar və s.)
  • Kronial (beyin-aksial və ya koronal) KT
  • Hipofiz KT
  • Orbital (aksial və koronal) KT
  • Paranazal sinuslar KT
  • Boyun sahəsi KT
  • Torakal (döş qəfəsi) KT
  • Yuxarı abdomen (yuxarı qarın boşluğu) KT
  • Anevrizmalar və damarların aterosklerotik zədələnmələri;
  • Pelvik (çanaq sahəsi) KT
  • Onurğa sütunu KT (boyun, döş, bel şöbələri)
  • Ətraf sümüklər və ətraf toxumalar KT
  • Gicgah-çənə oynağı KT
  • Gicgah sümüyü KT
  • Kəllə əsası KT
  • Böyrəküstü vəzilər KT
  • Sidik sisteminin KT
  • Oma-qalça oynaqları KT
  • Bud-çanaq oynaqları KT
  • Serebral KT angioqrafiya

Bölümə aid həkimlər