Reanimasiya şöbəmiz hər növ gərəkli təminatla pasiyentlərin istifadəsinə tam yararlıdır. Əməliyyat sonrası və istənilən kritik vəziyyətli pasiyentlərin vəziyyətinin stabilə qayıtmasınadək keçən zaman bölümündə pasiyentlər yüksək qayğı ilə reanimasiya şöbəmizdə həkim nəzarətində saxlanılır.
Pasiyentlərin sağlamlığı stabil vəziyyət aldıqda stasionar şöbəyə köçürülür və burada ixtisaslaşmış tibb heyəti və növbətçi həkim nəzarətində müayinə və müalicələrinə davam edilir. Stasionar şöbəmizdəki otaqlarımızda pasiyentlərin rahatlığı üçün fərdi WC, televizor, isti-soyuq su təchizatı, mərkəzləşdirilmiş havalandırma sistemi, tibbi personal çağırışı üçün hər çarpayının yanında çağırış düyməsi mövcuddur.