Kosmetologiya — gözəllik müalicəsinin öyrənilməsi və tətbiqidir. Kosmetologiya estetik problemlərin həlli ilə məşğul olan elmdir. Bu elm müxtəlif vasitələrlə insanın xarici görkəmindəki qüsurları aradan götürməklə məşğuldur. Həkim-kosmetoloq vəya İxtisaslaşmış kosmetoloq – üz və bədən anatomiyasını dəqiqliklə bilən, aparatlarla, dermada fillerlə necə işləmək lazım olduğunu bilən həkimdir. Bununla yanaşı kosmetoloqun işləyəcəyi hər bir prosedur, preparatlar, kosmetik məhsullar haqqında öyrəndiyi və bildiyini təstiqləyən sertifikat və diplomu olmalıdır. Kosmetoloji problemlər kosmetoloq həkimlər tərəfidən müxtəlif üsullarla aparılır.
Modern Hospitalın Kosmetologiya şöbəsində ixtisaslaşmış həkim kosmetoloqlarımız xanımlara və bəylərə son avadanlıq və preparatların istifadəsi ilə keyfiyyətli xidmət göstərməkdədirlər.
Kosmetolji müalicə iki üsulla aparılır:
- Terapevtik kosmetoloji müalicə
- Cərrahi kosmetoloji müalicə
Terapevtik kosmetologiya aşağıdakı üsullarla müalicə aparılır:
- dərinin xüsusi maddələrlə təmizlənməsi
- qidalandırılması
- dərinin massajı
- iynəbatırma üsulu ilə müalicə(mezoteratiya,botulinoterapiya,kontur plastikası)
- fizoterapevtik üsullar(lazer terapiyası, fototerapiya, maqnit terapiyası, ultrasəs və s)
Cərrahi kosmetologiyda isə pasiyentə cərrahi müdaxilə olunur. (Plastik cərrahiyyə, Kök hüceyrə tətbiqi və s.)