İstənilən növ cərrahi müdaxilələr zamanı pasiyentin ağrı, sancı və s. hiss etməməsi üçün tətbiq olunan uyuşdurma, keyləşdirmə işləminə anesteziya deyilir. Anesteziya bütün keyləştirmə növlərinin ümumi adıdır, kəlimə olaraq mənası, hissizlikdir. Anesteziyanın müxtəlif növləri olub, bu icra olunan əməliyyat növünə, pasiyentin vəziyyətinə görə dəyişməkdədir. 150 ildən çoxdur əməliyyatların gedişatında tətbiq olunan anesteziya zamanı pasiyentin həyati hiss və refleksləri qalmasına rəğmən digər refleks və hiss duyğusunun müəyyən müddətlik itirilməsi həm həkim, həm xəstə baxımından mühümdür.
Modern Hospital Anesteziya və Reanimasiya şöbəsi təcrübəli mütəxəssisləri ilə 7 gün 24 saat pasiyentlərə keyfiyyətli və etibarlı xidmət göstərməkdədir. Anestezioloq xidməti əməliyyatxanadan başqa endoskopik müdaxilələr, KT, Təcili tibbi yardım, Qastroskopiya, Kolonoskopiya zamanı da istifadə olunur.
Əməliyyat otaqlarının müasir tibbi avadanlıqlarla təchiz olunması yüksək səviyyəli ixtisasalaşmış həkimlər tərəfindən, xəstənin fərdi xüsusiyyətlərindən asılı olmayaraq (yaşı, cinsi, çəkisi, ağciyərin funksional vəziyyəti və s.) dünyada qəbul olunmuş anestezioloji protokollar əsasında beynəlxalq standartlara uyğun açıq və endoskopik əməliyyatları həyata keçirməyə imkan verir.
Əməliyyat gedişində polifunksional monitorlar vasitəsilə pasiyentin həyat göstəriciləri ciddi nəzarətdə saxlanılır. Anesteziyanın müasir tələblərinə cavab verən anestezioloji preparatların istifadəsi, ağırlaşma faizinin minimuma endirilməsini, əməliyyatdan sonra pasiyentin zamanında və rahat oyanmasını, pasiyentin komfortunu təmin edir.
Klinikamızın müasir tibbi avadanlıq və preparatlarla təmin olunması sayəsində hər tibb müəsissələrində icrası mümkün olmayan (Bariatrik, Abdominal, Ginekoloji, Uroloji, Ortopedik, Plastik) əməliyyatlar uğurla həyata keçirməkdədir.
Pasiyentə görə anesteziya növü seçimi vacib amillərdən biridir. Hospitalımızda istifadə olunan anesteziyanın növləri:
- vena daxili anesteziya (larenqeal mask ilə),
- ümumi anesteziya
- regionar anesteziya.
Regionar anesteziya çox geniş istifadə olunur:
- epidural,
- spinal,
- sakral,
- kubital,
- lumbal bloklar,
- pereferik sinir blokları,
- aksillar blok