Neyrocərrahiyyə, yəni, Beyin və Sinir Cərrahiyyəsi – beyin və onurğa nahiyyəsində anadangəlmə vəya sonradan travma və başqa hallarla qazanılmış xəstəliklərin və patologiyaların müalicəsi ilə məşğul olan tibb sahəsidir. Başlıca olaraq boyun və bel nahiyyəsində yaranan yırtıqlar(qrija), boyun damarlarında yaranan daralmalar, yeni doğulan uşaqlarda sinir sistemi formalaşması əsnasında yaranan sinir mənşəli xəstəliklər, dərman müalicəsinə tabe olmayan epilepsiya, bəzi Parkinson xəstəlik növləri, beyin və onurğa nahiyyəsi törəmələrinə cərrahi yolla müdaxilə məhz neyrocərrahiyyə sahəsi əhatəsindədir. Nevrologiya, radiologiya, anesteziologiya, bölümləri ilə birgə fəaliyyət göstərib pasiyentləri müayinə və cərrahi yolla müalicə edən həkimlər isə neyrocərrahlar adlanır.
Modern Hospitalın neyrocərrahiyyə şöbəsində müasir müalicə metodikalarının istifadəsi ilə fəaliyyət göstərən mütəxəssis neyrocərrahlarımız günümüzə qədər bu istiqamətdə yüzlərlə əməliyyat icra etmişdir.