Müxtəlif növ yoğun bağırsaq, düz bağırsaq, anal və perianal bölgə xəstəliklərinin müalicə olunduğu Kolo proktologiya şöbəmiz professional həkimlərimizlə xidmətinizdədir. Babasil, anal çat, fistul və tez-tez rastlaşılan digər proktoloji xəstəliklərin effektiv müalicəsi və ən müasir üsullarla cərrahiyyə əməliyyatları həm kişi, həm qadın proktoloqlarımız tərəfindən icra olunur. Ehtiyac olduğu təqdirdə pasiyentlərimiz qastroenteroloq, proktoloq, ümumi cərrah, dermatoloq baxışından keçirilir və multidisiplinar yanaşılaraq diaqnoz qoyulur və müalicə olunur.