BARİATRİK CƏRRAHİYYƏ
Ümumi Məlumat

Mədə Kiçiltmə Əməliyyatı nədir? Nə zamandan tətbiq edilir?

Günümüzdə artıqçəkililik probleminin artması ilə yanaşı çox tətbiq olunan cərrahi əməliyyatlardan biri də bariatrik əməliyyatlardır. Laporoskopik olaraq, yəni qapalı əməliyyat üsulu ilə mədənin təxminən 70-80%-i götürülərək, mədənin həcmi önəmli miqdarda kiçildilir. Həmçinin mədəkiçilmə əməliyyatı zamanı aclıq hissi yaradan hormonlar da azalmış olur. Nəticədə iştaha birbaşa təsir edən əməliyyat, daha az qida qəbulunun təmin olunmasına imkan yaradır. Əlavə olaraq qeyd etməliyik ki, əməliyyat sonrası hətta ciddi çəki itirilməmiş belə pasiyentlərdə insulin dirənci qırılmış olur. Nəticədə şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə insulin tənzimlənmiş olur.

Mədə kiçiltmə əməliyyatı dünyada ilk dəfə 1988-ci ildə edilib. Hazırda bütün dünyada çox geniş yayılıb. Azərbaycanda isə 10 ildən çoxdur, həyata keçirilir.

Mədə Kiçiltmə Əməliyyatı Nə qədər çəkir?

Mədəkiçiltmə əməliyyatı təxminən 1-2 saat aralığında çəkir. Mədənin çıxış və giriş bölümü qorunduğu üçün həzm sistemindəki hər hansı bir ləngiməyə səbəb olmur, ümumiyyətlə isə riskləri və yan təsirləri çox aşağı dərəcədədir.

Mədə Kiçitmə Əməliyyatı Növləri və Ən Çox Müraciət Olunan Mədə Kiçiltmə Əməliyyatı Növü?

  • Mədəkiçiltmə əməliyyatının bir neçə növü var:
  • Mədə Şuntlama (Gastric bypass)
  • Mədənin boruvari rezeksiyası (Sleeve gastrectomy)
  • Mini Qastrik Bypass
  • Mədə balonu(Endo Gast)
  • Mədə botoxu

Günümüzdə ən çox müraciət olunan mədəkiçiltmə əməliyyatı növü Sleeve Qastrektomiyadır. 20 ilə yaxındır tətbiq edilən bu növ, mütəxəssislər tərəfindən daha effektiv, daha az risk qruplu əməliyyat növü hesab edilir.

Daha uzun zamandır tətbiq olunan, hazırda daha az müraciət olunan bir digər növ Qastrik Bypass əməliyyatıdır. Hazırda Qastrik Bypass əməliyyatına sadəcə xüsusi hallarda müraciət olunur. Bu əməliyyat növü daha çox Bədən Kütlə İndeksi həddindən artıq olan, Tip2 diabet xəstələrinə və həmçinin ilkin olaraq Sleeve Qastrektomiya əməliyyatı tətbiq olunub uğur qazanılmamış vəya arıqladıqdan sonra yenidən kökəlmiş pasiyentlərdə tətbiq olunur.

Mədə balonu qoyulan xəstələrdə ən çox qarşılaşılan problem qusma və ağrıdır. İlk adaptasiya zamanı (2 həftəyə qədər uzanmaqla bərabər 3-5 gün ərzində şikayətlər azalır) görülən bu cür problemlər nizamlana bilən mədə protezində görülmür. Ağırlığı 7 qr. olduğu üçün şikayətə səbəb olmur. Endoskopla taxılır və çıxardılır. Günümüzdə son illərdə demək ki, daimi olaraq istifadə olunmur.

Mədə Kiçiltmə Əməliyyatı Neçə Yaşda Edilə Bilər?

Mədə kiçiltmə əməliyyatı 18-65 yaş aralığındakı əməliyyat göstərişlərinə uygun gələn hərkəsə tətbiq oluna bilər. Dünya Səhiyyə Təşkilatının(WHO) bunun üçün ən əsas göstəriş Bədən Kütlə İndeksinin(BKİ) 35 üzərində olmasını göstərir.

Mədə Kiçiltmə Əməliyyatından Sonra Nə Qədər Çəki itirilir?

İtiriləcək çəki dieta və qidalanmaya necə riyaət edilməyindən və fiziki məşğələlərdən asılı olaraq dəyişir. Ortalama olaraq pasiyentlər 65-70% çəkilərini 1 il ərzində izləmələrimizlə itirdikləri müşahidə olunur. Xəstələrin 80-85% qismi istədikləri ideal çəkiyə çatmağı bacarır və 10-14 il sonra belə çəkilərinin 50-60% daimi itirliməsi müşahidə olunur.

Mədə Kiçiltmə Əməliyyatından Sonra Qidalanma?

Məqsəd əməliyyatdan əvvəl olduğu kimi yemək yeməkdirsə, bariatriya bunun üçün çarə deyildir. Həm çox kalorili yemək yemək, həm də bununla bərabər çəki atmaq istənilirsə, bunun olması mümkün deyil. Ona görə də “Nə qədər çox yemək yeyə bilərəm deyil də, nə qədər çox arıqlaya bilərəm” fikri üstündə adaptasiya olmaq gərəklidir. Bariatriyanın isə bizə qazandırdığı yeyəbiləcəyimiz qida porsiyalarını gözlə görülən şəkildə kiçiltməkdir ki, əldə olunan nəticə də valehedici olacaqdır.

Bariatrik Əməliyyat(Mədə Kiçiltmə Əməliyyatı) risklidirmi?

Hər bir cərrahi əməliyyatda olduğu kimi burada da risklər mümkündür. Ancaq mövcud vəziyyətdə piylənmənin meydana çıxartdığı problemlər əməliyyatdan daha risklidir. Belə insanlar əməliyyat olunmazsa ömürlərini 10-15 il daha qısaltmış olurlar. Çünki piylənmə özü ölümcül bir xəstəlik hesab edilir. Beləliklə 0,4%-lik bir risk son dərəcə qəbul edilən bir göstəricidir ki, bu da appendisit əməliyyatında olan risklərdən daha azdır.

Mədə Kiçiltmə Əməliyyatından Əvvəl Hansı Müayinələr Aparılır?

İlk olaraq hər cərrahi əməliyyat zamanı artıq standart hesab olunan laborator analizlər: qanın ümumi və biokimyəvi analizləri, sidik analizi, infeksion testlər tətbiq olunur. Əlavə olaraq qan şəkəri, tireoid testlər aparılır. Ağciyərin rentgeni və EKQ çəkilir. Qaraciyərin vəziyyətini müəyyənləşdirmək, öd kisəsində daşın olub-olmamağını, hər hansı daralma və ya qarın boşluğunda patoloji prosesin olmasını müəyyənləşdirmək üçün USM müayinəsi keçirilir. Digər həkim konsultasiyaları keçirilir və ehtiyac olduqda ixtisaslı həkimlərin təyinatı ilə əlavə müayinələr icra olunur.

Bariatrik Əməliyyatdan Sonra Diabetdən Qurtulmaq Mümkündürmü?

Bəli, II tip şəkərli diabet cərrahi olaraq sağala bilir. Diabetik xəstələrin 80% hissəsi piylənmədən əziyyət çəkən insanlardır və bariatrik cərrahiyyə 75-100% hallarda belə xəstələrdə normal qan şəkərini düzəldir. Burada əsas məsələ sadəcə çəki itkisi deyil, oqranizmin insulinə həssaslığının artması ilə bağlıdır.

Bariatrik Cərrahiyyənin Nəticələri Qalıcıdırmı?

Tətbiq edilən Sleeve Qastrektomiya və Gastric Bypass əməliyyatları geri dönməz əməliyyatlardır. Əslində çox effektli əməliyyatlar olsa da Gastric Bypass nəticələri geri dönə bilər, burada təsiredici müəyyən faktlar vardır. Belə ki, əməliyyatdan sonra yenə böyük miqdarda yeməklər yeyilməsi davam edərsə, təyin olunmuş qida rasionuna əməl edilməzsə və ya hansısa bir irsi problemlər müşahidə olunarsa, istənməyən nəticələrə qayıdıla bilər. Buna görə də bariatriyaya çox yemək yeyərək çəki itirmək kimi baxmaq deyil, arıqlamaqda sizə yardımçı olan dost kimi baxmaq gərəkdir.

Bariatrik Cərrahiyə İlə Arıqladıqdan Sonra Dəridə Sallanmalar Olacaqmı?

Əgər çox böyük bir miqdarda çəki itiririksə, piy qatı boşalmış dərimizdə ciddi sallanmalara rast gəlinə bilər. Bunun üçün sallanmaların aradan qaldırılması ilə bağlı estetik müdaxilə tələb oluna bilər.

Bariatrik Cərrahiyyə Əməliyyatından Sonra İdman Vacibdirmi?

Mədəkiçiltmə əməliyyatı sonrasında arıqlamaqa müsbət təsir edəcək, dəridəki sallanmaların müəyyən dərəcə qarşısını alacaq, qan dövranını sürətləndirəcək faktorlardan olan idman çox effektiv hesab olunur. Ama mütəxəssislər idmanın əməliyyatdan min 3 ay sonra bərpa olunmasını uygun görür.

Sualınız var?
  • Obezite (aşırı piylənmə)
  • Piylənmənin səbəb olduğu şəkər xəstəliyi
  • Ateroskleroz
  • Yuxu pozğunluqları
  • Kardiovskulyar xəstəliklər
  • Piylənmənin səbəb olduğu osteoparoz
  • Piylənmənin səbəb olduğu artroz
  • Hipertoniya (yüksək təzyiq)
  • Bədən çəkisinin peşəkar seqmentar analizi,
  • Fərdi sağlam qidalanma planının tərtib olunması və dəyişdirilməsi,
  • Fərdi arıqlama planının təyini,
  • Maddələr mübadiləsinin pozğunluğu ilə müşahidə olunan müxtəlif xəstəliklərdə düzgün qidalanma planının təyini,
  • Fərdi qidalanma planının təyini,
  • Arıqlamağa psixoloji dəstək!
  • İnBody 270 avadanlığı ilə piylənmənin seqmentar(bölgəsəl) analizi
  • İdeal çəkiyə çatmaq üçün təklif olunan  cərrahi üsullar
  • Cərrahi müalicə üsulları:
  • Restriktiv (məhdudlaşdırıcı) üsullar
  • Malobsorbtiv (sorulma pozucu) üsullar
  • Həm restriktiv, həm malobsorbtiv üsullar
  • Doyma mərkəzi üzərində təsiredici üsullar

Bölümə aid həkimlər