Ümumi cərrahiyyə – bədənimizdə sistem və lokal xəstəliklərin cərrahiyyə üsulu ilə müalicəsidir. Ümumi cərrahiyyənin tərkibinə daxil olan əməliyyat adları əsasən orqanın vəya orqanın aid olduğu sistemin adıyla birbaşa əlaqəli olur. Tiroid vəzi, qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq, düz bağırsaq, anus, yırtıqlar, qaraciyər, öd kisəsi, öd kanallları açıq və qapalı(endoskopik) cərrahi əməliyyatları Ümumi cərrahiyyə sahəsinə aiddir. Ümumi cərrahiyyənin önəmlərindən biri də yalnızca əməliyyatla müalicə etmək deyil, zamanında müdaxilə olunaraq pasiyentlərin əməliyyatına göstəriş yaranmamasına səbəb olmaqdır. Əlbət ki, bunun üçün ümumi cərrahın işində peşəkarlığı da önəmli faktordur.
İstənilən növ abdominal əməliyyatların laporoskopik və ənənəvi üsul ilə həyata keçirildiyi Ümumi Cərrahiyyə Şöbəmizin professional mütəxəssisləri 7 gün 24 saat boyunca əhaliyə xidmət göstərməkdədir.