Litotripsiya
Ümumi Məlumat

Distansion zərbə dalğalı Litotripsiya – Ultrasəs dalğalarının təsiri ilə sidik sistemində daşların qeyri cərrahi yolla parçalanma üsuludur. Litotripsiya proseduru zamanı yüksək enerjiyə malik dalğalar ekstrakorporal böyrək daşları və sidik kisəsi daşlarının dağıdılması icra olunur. Bu prosedur zamanı daşlar elə xırda vəziyyətə gətirilir ki, sidik ifrazı zamanı bədəndən asanlıqla xaric olunur. Akustik dalğalar daşlara fokuslanır və yüksək dalğalı ultrasəs cihazı vasitəsi ilə təyin olunmuş nöqtəyə istiqamətləndirilir . Litotripsiyada maksimum fokuslanma məsafəsi 16 sm təşkil edir. Bu səbəbdən, bu metod artıq çəkili insanlar üçün çox da effektiv hesab olunmur. Çünki dalğaların daşa gedib çatması mümkün olmur. Daşın ölçüsündən, bərkliyindən və yerləşdiyi yerdən asılı olaraq prosedur 30-60 dəqiqə davam edir.

Zərbə dalğalarının fokuslandırıldığı daşların ölçüsü kiçildikcə yüksək dalğanın fokuslanması çətinləşir və prosedurun nəticəsi effektiv olmaya bilər. Daşlar böyük olanda isə, əlavə metodlardan istifadə olunmasına ehtiyac yarana bilər ki, buna misal olaraq, sidik kanalına stend taxılması,uretroskopiya və fibrorenoskapiya göstərmək olar.

Qeyd edək ki, Modern Hospitalın beynəlxalq standartlara uygun Litotripsiya avadanlığı ilə təchiz olunmuş Urologiya şöbəsində bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər hər il onlarla pasiyentin daş xəstəliklərini əməliyyatsız olaraq bu şəkildə müalicə edirlər.

Prosedur üçün əks göstərişlər:

  • Hamiləlik dövrü
  • Qan laxtalanması pozulması
  • Sidik kisəsi və kanalı infeksiyaları
  • Böyrəkdə istənilən mənşəli şiş vəya törəmə
  • Böyrəklərin anormal yerləşimi
  • Böyrək disfunksiyası

 

Prosedurdan əvvəl nələr olunur:

  • Prosedurdan 2 həftə əvvəl qan durulducu dərmanlar qəbul etmək olmaz
  • Prosedur günü, səhər yeməyinin mümkün qədər yüngül şəkildə olması məsləhətdir.
  • Əgər ürəkdə kardio stimulator varsa, kardioloqla məsləhətləşmək lazımdır
  • Ümumiyyətlə prosedurdan öncə istənilən növ narahatçılıq, sağlamlıqla bağlı şikayət halı mövcuddursa mütləq həkimə bəhs edilməlidir.

Porsedur zamanı:

  • Prosedur ambulator şəkildə keçirilir.
  • Sistem vasitəsi ilə pasiyentə ağrıkəsici verilir.
  • Litotripsiya avadanlığının konstruksiyası və daşın yerləşməsindən asılı olaraq pasiyent ya qarın, ya da arxası üzərində uzadılır.
  • Prosedur zamanında pasiyent hərəkət etməməlidir, çünki bu ya proseduru dayandırılmasına, ya da prosedurun zamanının uzanmasına səbəb olacaq.
  • Akustik dalğanın zərbəsi bədəndə nöqtə şəklində qan ləkələri izi yarada bilər.

Prosedur sonrası:

  • Prosedurdan dərhal sonra pasiyent evə buraxılır. Amma pasiyent ağrıkəsicinin təsiri altında olduğuna görə halsızlıq, yorğunluq halları ola bilər ki, bu səbəbdən maşın idarə etməyə icazə verilmir.
  • Prosedurdan sonraki günlər ən az gün ərzində 2 litr su içilməlidir ki, ifraz vasitəsi ilə daşlar bədəndən xaric olsun.
  • Prosedurdan sonra 2 gün ərzində isti vanna qəbul etmək və saunaya getmək qadağandır, bu böyrəyin qanaxmasına səbəb ola bilər. Orta temperaturda duş qəbul etmək məsləhət görülür.
  • Daşlar bədəndən 5-7 gün ərzində xaric olunur və bu zaman pasiyent müəyyən ağrılar hiss edə bilər. Lazım gələrsə həkimin təyinatı ilə ağrıkəsici istifadə oluna bilər.
  • Yüksək dalğa nəticəsində böyrəkdə kontuziya əmələ gəlir və beləliklə ifraz olunan sidik qanlı ola bilər. Bu təhlükəli bir şey deyil. Ama yenə də həkimə məlumat verilməsində fayda var.
  • Daşlar böyük olduğu halda prosedurun təkrar keçirilməsinə ehtiyac duyula bilər
  • Daşların ifraz olunmasını kontrol etmək üçün 2-3 həftə keçdikdən sonra rentgen və ultrasəs müayinəsi etmək lazımdır.
Sualınız var?
  • Sidik kisəsi daşları
  • Böyrək daşları
  • Daş xəstəliklərinin səbəb olduğu digər uroloji xəstəliklər
  • Böyrək daşlarının əməliyyatsız müalicəsi
  • Sidik kisəsi daşlarının əməliyyatsız olaraq müalicəsi

Bölümə aid həkimlər