Diabetik ayaq yaraları bir həkimin tək başına müalicə edə biləcəyi sadə bir problem deyil. Bunu nəzərə alaraq, Diabetik Ayaq Mərkəzimizdə diabetik ayaq problemlərinə multidisiplinar yanaşılır, yəni pasiyentlər endokrinoloq, infeksionist, ümumi-cərrah, ortoped-travmatoloq, damar cərrahı, dermatoloq və həmçinin sarğı və diabet tibb bacısının birlikdə fəaliyyət göstərdiyi mərkəzimizdə dəyərləndirilir və müalicələri aparılır. Bu halda pasiyentlərin xəstəxanada yatış müddəti, amputasiya və müalicə maliyyətləri azalmış olur.
Qanda şəkər dəyərləri normaldan yüksək olan diabet xəstələrində sağlam olan insanlara nisbətdə dəri, göbələk infeksiyaları vəya irinləmələrə daha tez-tez rastlanır. Ayaq nayihəsində hissiyyatın itirilməsi vəziyyətində xəstələr ayaqlarında yanıq, kəsik vəya nekrozların, ya da infeksiyaların səbəb olabiləcəyi ağrını hiss etməzlər. Bütün bu səbəblərdən dolayı ayağa qulluq ilə əlaqəli məlumat sahibi olmaq çok əhəmiyyətlidir. Mərkəzimizdə pasiyentlərə bu istiqamətdə ətraflı məlumatlar verilir və diabetik ayaqlara qulluğa aid kitabçalar paylanılır, maarifləndirici seminarlar təşkil olunur.
Ayaq sağlamlığı niyə bu qədər əhəmiyyətlidir?
Dünya statistikasına əsasən uşaqların 95%-i sağlam ayaqlarla anadan olurlar. Orta yaş səviyyələrinə(40+) çatan insanların isə 50-60%-i ayaq problemlərindən əziyyət çəkirlər. Hərəkətsizlik, artıq çəkililik, oturaq həyat tərzi, yalnış ayaqqabı seçimi, bəzi xroniki xəstəliklər ayaq sağlamlığımıza mənfi istiqamətdə təsir edərək zamanla ayağımızda müxtəlif növ problemlərin yaranmasına səbəb olur. Sağlam ayaq- topuğlardan başlamış ayaq barmaqlarına qədər bütün sümük və yumşaq toxumaların, oynaq və vətərlərin bir birinə uyumlu şəkildə aktiv fəaliyyətə yararlı olması deməkdir. Zaman keçdikcə ayaqların fəaliyyətində yaranan əksikliklər dizlərə və hətta onurğa sistemimizə ağrıların meydana gəlməsi bilinən gerçəklərdir. Şəkərli diabet kimi sistematik xəstəliklər səbəbilə çox ciddi damar və sinir problemləri yarana bilər. Bu problemlərə səbəblərdən biri də həddindən artəq təzyiq altında qalan ayaqlarda ortaya çıxan yaralardır. Daralan və normal iş prinsipi pozulan damarlar yetərli miqdarda oksigen daşıya bilmədikləri üçün yaraların sağalması da get-gedə çətinləşir. Oksigen çatışmazlığının aradan tədricən qaldırmada və yaraların müalicəsində günümüzdə ən effektiv hesab edilən metodlardan biri Hiperbarik Oksigen vannaların qəbuludur ki, mərkəzimizdə bu xidmət də pasiyentlərə təklif olunmaqdadır.
Diabetik ayaqlardan qorunmaq üçün əsas diqqət edilməsi gərəkənlər:
- Davamlı olaraq qan şəkəri təqibi, şəkər dərmanların diqqətli şəkildə qəbul edilməsi
- Pəhriz saxlanılması və rejimli qida qəbulunu gündəlik həyatımıza tətbiq etmək
- Siqaret və spirtli içkilərdən qəti şəkildə uzaq olmaq
- Piyada gəzintiləri müntəzəm hala gətirmək (gündə ən az 5 km)
- Ayaq gigiyenasına diqqət edilməsi və hər gün ayaqların yuyularaq təmiz corab geyinilməsi
- Ayaqların qorunması üçün diabet xəstələrinə uygun ayaqqabı və corablardan istifadə etmək
- Çılpaq ayaqla açıq yerdə (torpaqda, daşlıq-çınqıllıq yerdə, çəmənlikdə və .) gəzməməliyik.