Türkiyənin Biotrend laboratoriyasının protokollarına əsasən ən son texnoloji, müasir, çoxfunksiyalı Avropa avadanlıqlarının istifadəsi ilə ölkəmizdə bir ilk olan, pasiyentlərin müalicə ala bildikləri Regenerativ Təbabət Mərkəzimiz xidmətinizdədir.
Regenerativ (yeniləyici) tibb sahəsi, zədələnmiş toxumaların öz bədənimizin bioloji məhsulları ilə müalicə edilməsini təmin edən elm sahəsidir. Bədənin zədə görmüş toxumalarının öz-özünü bərpa edə bilmə qabiliyyəti vardır. Amma qocalıq, xəstəliklər, travma və ya anadangəlmə qüsurlar səbəbindən funksiyalarını itirən toxumaların bərpası və yenilənməsi üçün canlı funksional toxumaların sintezinə ehtiyac vardır.
Kök hüceyrənin alınmasının bir neçə üsulu mövcuddur:
- Mezenximal(Əsasən qarın nahiyyəsindəki piy toxumasından əldə olunur)
- Otoloq(Qulaq arxası dəridən əldə olunur)
- Sümük iliyindən(Sümüyün daxailindəki ilikdən əldə olunur)
- PRP GLO (Qandan alınan yüksək konsentrasiyalı tromboit kütləsi)
Bədənimizdə çox sayda olan fərqlənmiş hüceyrələr ciddi ziyan görmüş və ya xəstələnmişdirsə, təbii yollarla yenilənmirlər. Regenerativ hüceyrələr bu xəstələnmiş və ya zərər görmüş hüceyrələrin yerinə sağlam və funksiyonal hüceyrələr yaratmaq üçün istifadə edilirlər. “Hüceyrə transplantasiyası” olaraq adlandırılan bu müalicə üsulunda, pasiyent hüceyrənin, sağlam hüceyrə ilə əvəzlənməsi prosesi baş verdiyinə görə, bir növ orqan nəqlinə bənzəyir. Tək fərq, orqan yerinə hüceyrənin nəql edilməsidir.
Regenerativ tibbdə günümüzdə icazə verilən müalicə şəkli insanların öz hüceyrə məhsullarının (sümük iliyi, yağ toxuması, dəri, qan) alınaraq çeşidləndirilməsi, konsentrasiya edilməsi və yenə eyni insana dəyişdirilmədən yeridilməsidir.