SAĞLAM ARIQLAMA MƏRKƏZİ
Ümumi Məlumat

Piylənmədən əziyyət çəkənlər üçün optimal müalicə üsullarının təklif olunduğu Dietologiya, Endokrinologiya və Bariatrik cərrahiyyə şöbələrimizin də daxil olduğu Sağlam Arıqlama Mərkəzi günümüzə qədər yüzlərlə insanın illər boyu xəyalında olduqları ideal çəkilərinə qovuşmasında böyük rol oynayıb. Mərkəzimizə müraciət edən pasiyentlərə multidisiplinar yanaşma olduğundan pasiyentlərin müalicəsi üçün veriləcək qərar həm mərkəzin endokrinoloqu, həm dietoloqu, həm də bariatrik cərrahının baxışı və fikirlərinin ortaq nəticəsi olaraq seçilir və tətbiq olunur.

Artıq çəkililik probleminin günümüzdə ən effektiv müalicə üsullarından hesab olunan bariatrik cərrahiyyədə də mərkəzimizin həkimləri həyata keçirdiyi yüzlərlə uğurlu əməliyyatla bir çox insana “Mən yaşamağa başladım”, “Piylənmə taleyim deyil” sözlərini deməsinin səbəbkarı olub.  Əməliyyatları dünya protokollarına uyğun icra edən bariatrik şöbəmizin müdiri Beynəlxalq Obezite Federasiyasının(İFSO) ölkəmizdəki ilk rəsmi üzvüdür. Bütün bu  nəticələr də bir daha sübutdur ki, klinikamızda dünya standartları yaxından izlənilərək pasiyentlərə yüksək səviyyəli xidmət göstərilir.

Sağlam Arıqlam Mərkəzi içərisində yer alan və professional həkim dietoloqomuzun fəaliyyət göstərdiyi Dietologiya şöbəmiz artıq çəkililikdən vəya arıqlıqdan əziyyət çəkən, arzuladığı çəkiyə əməliyyat üsulu olmadan pəhrizlə çatmaq istəyən hər kəsə, eyni zamanda bariatrik əməliyyat öncəsi və sonrası qidalanma rejimini nəzarətdə saxlamaq istəyən pasiyentlərə xidmət göstərməktədir.

Burada pasiyentlərə özəl yanaşma metodu ilə dietoloqumuz ilkin müayinəni həyata keçirdikdən sonra Bədən Kütlə İndeksini(BKİ) hesablamaqla bədəndəki artıq çəkinin daha çox hansı nahiyyədə olduğunu və nə mənşəli olduğunu ölçə bilən İnbody-270 aparatı ilə pasiyentin diaqnozu qoyulur. Lazım gəldikdə, həkim dietoloqumuz şübhə duyduğu məsələlərdə əlavə analizlər də tələb edə bilər. Son olaraq alınmış nəticələrə əsasən, cinsinə, yaşına, BKİ-ə əsasən həkim pasiyentlərə özəl qida listləri hazırlayaraq təqdim edir və göstərdiyi müddət ərzində bu listəyə əməl etməsini tələb edir. Hər il həkimin göstərişlərinə tam əməl edərək yüzlərlə öz arzuladığı çəkisinə qovuşan pasiyentlərimizin şahidi oluruq.

Sualınız var?
  • Obezite (aşırı piylənmə)
  • Piylənmənin səbəb olduğu şəkər xəstəliyi
  • Ateroskleroz
  • Yuxu pozğunluqları
  • Kardiovskulyar xəstəliklər
  • Piylənmənin səbəb olduğu osteoparoz
  • Piylənmənin səbəb olduğu artroz
  • Hipertoniya (yüksək təzyiq)
  • Azçəkililik
  • Aneroksiya
  • Bədən çəkisinin peşəkar seqmentar analizi,
  • Fərdi sağlam qidalanma planının tərtib olunması və dəyişdirilməsi,
  • Fərdi arıqlama və çəki artırma planının təyini,
  • Maddələr mübadiləsinin pozğunluğu ilə müşahidə olunan müxtəlif xəstəliklərdə düzgün qidalanma planının təyini,
  • Fərdi qida gündəliyinin tərtibi və aparılması,
  • Ziyanlı vərdişlərin aydınlaşdırılması və sağlam vərdişlərlə əvəz olunması,
  • Fərdi qidalanma planının təyini,
  • Arıqlamaq və kökəlmək üçün pəhrizlər,
  • Şəkərli diabet, mədə-bağırsaq sistemi, kardioloji, endokrinoloji, böyrək və s. xəstəliklər zamanı pəhrizlər,
  • Uşaqların arıqlaması üçün pəhriz yazılması (uşaqlarda çəki probleminin həlli)
  • Arıqlamağa və kökəlməyə psixoloji dəstək!
  • İnBody 270 avadanlığı ilə piylənmənin seqmentar(bölgəsəl) analizi
  • İdeal çəkiyə çatmaq üçün təklif olunan həm cərrahi, həm qeyri-cərrahi üsullar
  • Cərrahi müalicə üsulları: