ALLERQOLOGİYA
Ümumi Məlumat

Allergiya – ətraf mühitin allergen adlandırılan bəzi faktorlarına (mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin, kimyəvi maddələrin və s.) qarşı təhrif olunmuş immun reaksiyadır. Daha sadə izah etsək, hər hansı allergik mənşəli qıraq maddələrə qarşı bədənimizin immun sisteminin verdiyi hədsiz reaksiyaya allergiya deyilir.

Ən çox yayılmış allergenlər:

  • qida məhsulları,
  • bitki mənşəli tozcuqlar və ev tozu,
  • dəri məmulatları,
  • heyvan yunu,
  • kəpək,
  • quşlələyi,
  • kosmetik məhsullar,
  • məişət kimyası,
  • dərmanlar,
  • bəzi bitki yağları,
  • günəş şüası

aiddir. Allergenlərin orqanizmə daxil olma yolları müxtəlifdir. Məsələn, onlar orqanizmə dəridən, tənəffüs və qida yolları vasitəsilə keçirlər. Allergiya tənəffüs sistemi üzvlərində, həzm sistemi orqanlarda, dəridə müxtəlif simptomlarla müşayiət oluna bilər.

Ən çox təsadüf olunan simptomlar:

  • Burundan şəffaf axıntı, tutulma, asqırma
  • Burnun axması
  • Gözlərin acışması və sulanması
  • Dərinin qızarması və qaşınması, köpəşiməsi, şişməsi, kobudlaşması, quruması
  • Təngnəfəslik, gecə saatlarında boğulma, öskürək tutmaları

Allergiya müalicəsində ən önəmli məsələ allergenin aşkar edilib pasiyentin gündəlik həyatından mümkün qədər kənarlaşdırılmasıdır.

Laborator analizlər vasitəsilə allergiyanı törədən allergen aşkar olunur. Daha sonra dərmanlarla orqanizmə dəstək göstərilir və  ən sonda isə immunoterapiyaya müraciyət olunur.

Qeyd: Allergiyanın mənşəyini təyin etmək üçün labaratoriyamızda yer alan allergik screen test üsulu ən effektiv və müasir üsullardan hesab olunur. Qida və tənəffüs paneli olmaqla 2 yerə bölünür. Ümumilikdə allergiyaya 60-dan çox amilin təsiri ölçülərək pasiyentdəki allergiyanın mənşəyini bəlli etmədə çox əhəmiyyətli rol oynayır.

Sualınız var?
  • Astma
  • Allergik rinit
  • Allergik konyuktivit (Göz allergiyası)
  • Atopik dermatit (Ekzema)
  • Övrə
  • Qida allergiyasi
  • Dərman mənşəli allergiya
  • İnsekt (həşərat) allergiyası
  • Kvinke ödemi
  • Herediter angioödem
  • Mastositoz
  • Anafilaksiya
  • Xışıltılı tənəffüs yolları xəstəlikləri
  • Səpgi, qaşınma ilə müşahidə olunan dəri allergiyaları
  • Ürtiker allergiya
  • Polen allergiyası
  • Kontakt allergiya
  • Lateks allergiyası
  • İrsi angioödem allergiyası
  • Qanda total İg E-nin təyini
  • Dəri prick testləri vasitəsi ilə allergenlərin təyini
  • Spirometriya
  • Provakasion testlər
  • Allergik Screen Test Paneli
  • Xışıltılı tənəffüs yolları xəstəliklərinin araşdırılması və müalicəsi
  • Səpgi, qaşınma ilə müşahidə olunan dəri xəstəliklərinin differensiasiyası, diaqnostika və müalicəsi

Bölümə aid həkimlər