DİETOLOGİYA
Ümumi Məlumat

Dietologiya – insanın düzgün qidalanmasıyla bağlı bütün məsələlərlə, həmçinin müxtəlif xəstəliklərdən əziyyət çəkən və xüsusi pəhrizlə qidalanması gərəkən bir qrup insanların qidalanmasıyla məşğul olan tibb bölümüdür. Dietologiya bölümü həmçinin artıq çəkini təhrik edən xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olur. Dietologiya sadəcə qidalar haqqında elm deyil, artıq çəkinin səbəblərini(endokrinoloji, kardioloji, qastroentroloji, hepatoloji problemləri və xəstəlikləri və s.) əks etdirən əhatəli bir tibb sahəsidir.

Həkim Dietoloq – Artıq vəya az çəkili olmağın qida, eyni zamanda alt mənşəli səbəblərini araşdıran, fərdi olaraq pasiyentlərə müalicə təyin edən və izləyən şəxsdir. Dietoloqlar bunlarla yanaşı ümumilikdə qidaların insan orqanizmasına təsirlərini araşdırıb öyrənir və öz diet programlarında bu kimi araşdırmaların nəticəsinə əsaslanır.

Modern Hospitalın Dietologiya şöbəsində Türkiyədə ixtisaslaşmış həkim dietoloqumuzla və son müasir avadanlıqların da istifadəsilə pasiyentlərə keyfiyyətli xidmət göstərilməkdədir. Önəmli məqamlardan biri burada pasiyentlərə standart deyil, fərdi olaraq yanaşılması, laborator analizlərdən keçirilməsi və bədənin seqmentar piylənməsini təyin edən İnbody-270 avadanlığı ilə diaqnozun dəqiq qoyulması və individual arıqlama vəya kökəlmə listinin təyin olunmasıdır. Məhz bu yanaşma nəticəsində hər il yüzlərlə artıq çəkidən və aşağı çəkililikdən əziyyət çəkən pasiyentlər təyin olunmuş zaman çərçivəsində arzularındakı ideal çəkiyə çatırlar.

Sualınız var?
  • Piylənmə və artıq çəki
  • Şəkərli diabet və insulinrezistentliyi
  • Çəki idarəsi (artıq çəki və piylənmə problemləri)
  • Vitamin və mineral çatışmamazlıqları da daxil olmaqla, düzgün qidalanmama və qeyri-kafi qidalanma
  • İnsult, dağınıq skleroz və Parkinson xəstəliyi də daxil olmaqla nevroloji pozğunluqlar
  • Metabolik pozğunluqlar, o cümlədən şəkərli diabet, yüksək xolesterin, romatoid artrit və podaqra
  • Yüksək qan təzyiqi və xroniki ürək çatışmazlığı da daxil olmaqla ürək-damar xəstəlikləri
  • Böyrək pozğunluqları
  • Ginekoloji xəstəliklər
  • Endokrinoloji xəstəliklər
  • Zülal-enerji defisiti
  • Ürək xəstəlikləri zamanı müalicəvi qidalanma
  • Mədə-bağırsaq sistemi xəstəlikləri
  • Yumurtalıqların polikistoz sindromu
  • Yemə-davranış pozğunluqları
  • Podaqra
  • Qida dözümsüzlüyü
  • Piylənmənin seqmentar analizi- İnBody 270 avadanlığı ilə müayinə
  • Özəl laboratoloji analizlər
  • Həkim dietoloqumuz tərəfindən fərdi pəhriz(qidalanma) listlərinin yazılması
  • Piylənmə mənşəyinə yönəlik müalicəvi qidalanmanın təyini
  • Şəkərli diabet və endokrinoloji xəstəliklərdə müalicəvi qidalanmanın təyini
  • Hamilə və süd verən qadınlar üçün müalicəvi qidalanmanın təyini
  • Hamiləlik sonrası artıq çəkidən azad olmaları üçün xanımlara özəl dietanın təyini
  • Ürək xəstəlikləri zamanı özəl olaraq qidalanmanın təyini
  • Mədə-bağırsaq sistemi xəstəliklərində fərdi qidalanma təyini
  • Böyrək xəstəliklərində müalicəvi qidalanmanın təyini
  • Yemə-davranış pozğunluqlarının müalicəsi
  • Uşaqlarda və yeniyetmələrdə artıq çəkinin müalicəsi
  • Qida dözümsüzlüyünün aşkarlanması və buna uyğun individual qidalanma təyini
  • Yataq xəstələrinə uygun diet pragramın təyini
  • Korporativlərdə işin fiziki ağırlığına və stilistkasına uygun yeməkxana menyusunun təyin olunması
  • Az çəkililikdən əziyyət çəkənlərə özəl dieta proqramının təyin olunması
  • Bariatrik cərrahiyyə öncəsində və sonrasında fərdi pəhriz və qidalanma rejiminin təyini

Bölümə aid həkimlər