FİZİOTERAPİYA
Ümumi Məlumat

Fizioterapiya — doğuşdan və sonradan qazanılmış yaşayış keyfiyyətinə mənfi təsir edən əzələ, sinir, onurğa dayaq sistemi, nevrolojik xəstəliklər, ortopedik problemlər, iflic, yırtığ, travma, ağrı, əməliyyat sonrası yaranan bəzi funksiya pozulmaları və digər xəstəliklərlə bərabər ortaya çıxan hərəkət məhdudiyyətlərinin müayinə və müalicəsinin tətbiq olunduğu tibbin bir bölümüdür.

Fizioterapiya müalicəsini pasiyentlərə fərdi olaraq təyin və tətbiq edən isə fizioterapevtlərdir.

Klinikamızın Fizioterapiya və Reabilitasiya bölümündə professional fizioterapevtlərimizin nəzarəti altında Amerika və Avropa ölkələrində istehsal olunmuş müasir avadanlıqlar vasitəsi ilə əzələ və oynaqlarda olan müxtəlif növ ağrıların, ödemlərin, idman zədələnmələrinin, ifliclərin, hərəkət pozğunluqlarının effektiv müalicəsi aparılır.

Fizioterapiya şöbəmizdə həm elektroterapiya, həm rehabilitasiya, həm də masaj prosedurları icra olunur. Elektroterapiya şöbəmizdə istifadə olunan avadanlıqlar ən müasir avadanlıqlar hesab olunur, hansı ki, Amerika istehsalıdır. Buna uygun olaraq burada göstərilən xidmətlər də dünya protokolları üzərindən təyin olunur.

Amerika protokolunda hansı egzersizlər, hansı rehabilitasiya funksiyaları verilərsə ona uygun müalicə müddəti davam elətdirilir. Elektroterapiya dedikdə elektrik avadanlıqlarından istifadə olunaraq müalicə aparılması nəzərdə tutulur. Bizdə olan elektrik avadanlıqlarından: Catanoga, Compex, Lazer, Maqnitaterapiya, UVC, Ultrasəsterapiya kimi cihazların adın sadalamaq olar. Əlavə olaraq burada coldbag(buz yöntəmli müalicə)), hotbag(isti yöntəmli müalicə) istifadə olunur. Catanoganın kombayn cihazıdır ki, bu cihazla bir neçə proseduru eyni anda yerinə yetirmək mümkündür. Kombayn sisteminin üstünlükləri ondan ibarətdir ki burada həm elektrik axımları var, həm də ultrasəs var.

Compex aparatının ölçüsünün çox kiçik olmasına baxmayaraq 70 funksiyada elektrik axınları icra edir. Lazer cihazımız Catanoga Amerika istehsalı məhsuldur. Lazer lokal ağrını, lokal şişkinliyi aradan götürmək üçün istifadə olunaraq daha dərin toxumaya siraət etmiş oluruq. Eyni zamanda ultrasəs aparatı ilə də daha dərin toxumalara siraət edə bilirik, bu üsulla səs dalğaları göndərərək bədənin müxtəlif nahiyyələrindəki ödemi aradan qaldıra, qan dövranını bərpa edə bilirik. Önəmli məqam budur ki, fizioterapiya şöbəmizdə USM cihazı, var olan problemə və piy qatının qalınlıqına əsasən dozayla ayarlana bilir (məhdudiyyətli və tam ).

Müraciət olunan xəstəliklər daha çox sinir sisteminin zədələnməsi ilə daxil olan xəstəliklərdir. Bunlardan: -İşemik insult, keçirilmiş hemoragik insult vəyaxud pereferik sinir sistemi xəstəliklərinin, onurğa xəstəlikləri, əyrilikləri, fəqərəarası disk yırtığı xəstəlikləri, skalioz, lordoz, kifoz kimi xəstəliklərdə daha mümumi olaraq neyrocərrahi problemləri olan pasientlər,oynaq xəstəliklərindən – Artroz və Artrit xəstəlikləri, uroloji pasientlər, uşaqlarda olan əzələ zəifliyi, hipertonuslu olan uşaqlar, daum sindromundan əziyyət çəkən uşaqlar, DCP-li uşaqlar müraciət edirlər və mükəmməl nəticələr alırıq.

Fizioterapiyanın tətbiq olunma sahələri:

  • Tam vəya qismi insult xəstələrinin hərəkətinin artırılması, koordinasiya qura bilməsi və əzələ gücünün artırılması üçün
  • Onurğa sütunu zədələnmələrində pasiyentlərin həyat keyfiyyətini yüksəltmək üçün
  • İdman yaralanmalarına bağlı olaraq əmələ gələn menisk yırtığı, əzələ dartınmaları, sınıq və digər yaralanmaların reabilitasiyasında
  • Revmatoid artrit və Ankilozan spondilit kimi revmatoloji xəstəliklərin müayinə və müalicəsindən sonrakı mərhələdə pasiyentin hərəkət miqdarını artırma qüçün
  • Osteoporoz və degenerativ oynaq xəstəliklərinin reabilitasiyasında
  • Skoliozun müalicəsi üçün
  • Fibromialgiya və miofasial ağrı sindromuna bağlı inkişaf edən hərəkət məhdudiyyətinin aradan qaldırılması
  • Əl yaralanmalarına bağlı tətbiq olunan mikro cərrahi əməliyyatlar sonrası reabilitasiyada
  • Bel və boyun yırtığı əməliyyatlarından öncə və sonra pasiyentin normal aktiv həyatına qısa müddətdə geri dönə bilməsi üçün
  • Boyun mənşəli baş ağrılarının müalicəsi üçün
  • Qol və Ayaq nahiyyəsində rastlaşdığımız sinir sıxılmaları zamanı
  • Boyun, kürək, bel və s. nahiyyələrimizdə olan əzələ spazmalarının, qıcolmaların manual terapiya ilə ağrısız şəkildə müalicəsi üçün
Sualınız var?
  1. Hərəki sistem xəstəlikləri:

Onurğa problemləri:

  • Bel, boyun, oynaq və əzələ ağrıları
  • Bel və boyun yırtıqları
  • Skalioz, kifoz, lordoz, onurğa əyriliyi

Oynaq xəstəlikləri:

  • Artroz
  • Çiyin, dirsək, diz, ayaq və ayaq biləyi ağrıları
  • Sınıqlar sonrası oynaq sərtləşməsi
  • Protez əməliyyatlarından sonra reabilitasiya
  • Artroskopiya sonrası müalicə
  • Revmatoid artrit
  • Ankilozan Spondilit
  • Çarpaz bağ yaralanmaları
  • Menisk yırtığı
  • Diz, çiyin, bud-çanaq oynaqların kirəclənməsi
  • Oynaq kontraktoru
  • Bursit və tendinit

Yumuşaq toxuma xəstəlikləri:

  • Fibromialgiya sindromu
  • Əzələ qıcolmaları və spazmları
  • Karpal tünel sindromu
  • Topuğ tikanı(Plantar fasiitis, epin kalkanei)

Sümük xəstəlikləri:

  • Osteoporoz (Sümük əriməsi)

Nevroloji xəstəliklər:

  • Beyin qanaması və damar tutulmalarına bağlı insult xəstəliyi
  • Onurğa sütunu boyunca yaralanmalara, zədələnmələrə bağlı iflic
  • Sinir iflici
  • Üz iflici
  • Ayaq düşməsi
  • Parkinson
  • Serebral iflic
  • Dağınıq skeleroz
  • Radikulopatiyalar
  • Hemipleji-insult xəstəliyi

Əzələ problemləri:

  • Yerimə pozğunluqları

Tənəffüs sistemi problemləri:

  • Tənəffüz sistemi reabilitasiyası(Zatürre, bronxit,  astma,  KOAH)

İdman yaralanmaları:

Obstetrik-Uroginekoloji problemlər:

  • Sidik qaçırma- İnkontinans

Onkolojik bəzi xəstəliklər:

1. Elektroterapiya xidmətlərimiz:

• Stimulyasya
• İnterferensial axın
• Tens
• Ultrasəs terapiyası
• Lazer terapiyası
• Qısa dalğa diatermi
• Endopress cihazı
• Dartma
• Infraqırmızı şüalarla
• Hot pack
• Cold pack
• Parafin
• Maqnitaterapiya
• UVC
• Ultrasəsterapiya

2. Reabilitasiya:

3. Masaj prosedurları:

Bölümə aid həkimlər