İNFEKSİON XƏSTƏLİKLƏR
Ümumi Məlumat

Yoluxucu(İnfeksion) xəstəliklər — patogen mikroorqanizmlərin, virusların və prionların orqanizmə daxil olması nəticəsində yaranan xəstəliklər qrupudur. Həkim İnfeksionist – yoluxucu xəstəlikləri araşdıran, təhlil edən, doğru müayinə və tədqiqdən sonra diaqnoz qoyub bu xəstəlikləri müalicə edən şəxsdir. Patogen mikrobun yoluxucu xəstəlik törətməsi üçün onun zəhərlilik miqdarı, yəni orqanizmin müqavimətini üstələmək və zəhərli təsir göstərmək qabiliyyəti olmalıdır. Bəzi patogen agentlər həyat fəaliyyəti zamanı ifraz etdikləri ekzotoksinlərlə orqanizmin zəhərlənməsinə səbəb olur (tetanoz, difteriya), digərləri orqanizmi məhv edildikdə (vəba, qarın tifi) toksinlər (endotoksinlər) əmələ gətirir.

Yoluxucu xəstəliklərin xüsusiyyətlərindən biri inkubasiya dövrünün olmasıdır. İnkubasiya dövrü-yoluxma anından ilk klinik əlamətlərin görünməsinə qədər olan dövrdür. Bu dövrün müddəti infeksiya üsulundan və patogenin növündən asılıdır və bir neçə saatdan bir neçə ilə qədər davam edə bilər.

Son dövrlərdə infeksion xəstəliklərin sürətlə yayılması ilə insanlar arasında bir təşviş əmələ gəlib. Nəzərə alsaq ki, bəzi infeksion xəstəliklərin peyvəndi hələ də mövcud deyil, insanlar infeksion xəstəliklərə yoluxmamaq üçün cidddi tədbirlər alıb, gigiyenik qaydalara incəliyinə qədər riayət etməlidirlər.

Yoluxucu xəstəliklərin təsnifatı aşağıdakı kimidir:

  • bağırsaq xəstəlikləri (vəba, dizenteriya, tif, salmonellyoz, eşerixioz)
  • tənəffüs yolları xəstəlikləri (qrip, vərəm, difteriya, adenovirus infeksiyası, göy öskürək, qızılca, suçiçəyi)
  • qanla keçən xəstəliklər (malyariya, HİV infeksiyası)
  • xarici örtük xəstəlikləri (qarayara, tetanoz)
  • müxtəlif ötürülmə mexanizmləri ilə yaranan xəstəliklər (enterovirus infeksiyası)

Yaranma mənşəyinə əsaslanaraq, yoluxucu xəstəliklər aşağıdakılara bölünür:

  • prionlar
  • viruslu
  • bakterial
  • protozoylar
  • göbələk infeksiyaları və ya mikozlar

Modern Hospitalın İnfeksion xəstəliklər bölümündə həkim infeksionistlərimiz istənilən növ yoluxucu xəstəliklərin diaqnozunun qoyulub müalicə edilməsi istiqamətində peşəkar fəaliyyət göstərirlər.

Diaqnozun qoyulması üçün əsasən anamnez toplama və aşağıdakı müayinə üsullarından və analizlərdən istifadə olunur:

  • Bakteroloji analizlər
  • Seroloji analizlər
  • İnfeksion xəstəliyin törədicisinin DNT və ya RNT-nun aşkar olunması üçün polimeraz zəncirvari reaksiya metodu (PZR)
  • KT
  • Rentgen
  • USM

Modern Hospitalın İnfeksion xəstəliklər bölümündə həmçinin daha çox uşaq və yeniyetmələrdə rastalnan infeksion xəstəliklərin(su çiçəyi, qızılca, məxmərək, difteriya, parotit və qırmızı atəş) diaqnozu və müalicəsi aparılmaqdadır.

Həmçinin hospitalımızda Diabetik Ayaq Mərkəzi fəaliyyət göstərir ki, burada da infeksiaların səbəb olduğu diabetik ayaq yaralarının müalicəsi mərkəzin professional həkim kollektivi tərəfindən icra olunmaqdadır. Burada damar cərrahı, travmatoloq, infeksionist, dermatoloq, endokrinoloq multidisiplinar şəkildə pasiyentləri müayinə etdikdən sonra diaqnoz qoyaraq müalicə edirlər ki, bu da müalicənin effektivliyini dəfələrlə artırır.

İnfeksion xəstəliklər bölümümüzün həkim infeksionu yoluxucu xəstəliklərə yoluxmamaq üçün aşağıda qeyd olunanlara əməl edilməsinin gərəkli olduğunu qeyd edir:

  • Əlləri yaxşı yaxşı gigiyenik sabunla yumaq
  • İstifadə olunacaq qidaları su altında yaxşıca yumaq
  • İnfeksion xəstəlik daşıyıcısı olan insanları təcrid etmək vəya onlardan təcrid olmaq
  • İnfeksion xəstəlik daşıyıcısı olan yaxınlarımız varsa, onların fərdi istifadə edəcəyi əşyaları ayırmaq
  • Bacardığımız qədər immunitet sistemimizi güclü saxlamaq
  • Gündəlik qida rasiyonumuzda vitaminlərlə zəngin qidalardan istifadə etmək
  • C vitamini ilə zəngin meyvələrə üstünlük vermək
  • Profilaktik olaraq həkim göstərişi ilə immunitet gücləndirici dərmanlar qəbul etmək
  • Açıq havada daha çox zaman keçirmək
  • İş yerlərimizi və evimizi havalandırmaq(havasını dəyişmək)
  • Daha aktiv həyat tərzinə üstünlük vermək(yürüyüş etmək, idmanla məşğul olmaq və s.)
  • İnfeksion xəstəlik daşıyıcıları ilə heçbir təmasda olmamaq
Sualınız var?

■ Bağırsaq infeksiyaları:

– vəba

– dizenteriya

– salmonellez

– şigellez

– qida toksikoinfeksiyaları

– eşerixioz

– botulizm

– tif qızdırması və parazitlər

– amebiaz

– leptospiroz

■ Qan infeksiyaları (transmissiv və qeyri transmissiv):

– malyariya

– HİV infeksiyası

– gənə borreliozu

– hemorragik qızdırmalar

– viruslu ensefalitlər

– leyşmaniozlar

– hepatit A

– hepatit B

– hepatit C

– hepatit D

■ Tənəffüs yollarının infeksiyaları:

– KRVX(qrip, zökəm)

– adenovirus infeksiyaları

– paraqrip

– qızılca

– məxmərək

– ornitoz

– su çiçəyi

– epidemioloji parotit

– difteriya

– qırmızı atəş

– göy öskürək

– vərəm

■ Xarici örtüklərin infeksiyaları:

– tetanus

– qızıl yel

– quduzluq

– qara yara

■ Digər mənşəli infeksion xəstəliklər:

– tuperklyoz

– sitomeqalovirus infeksiyası

– meningit

– taun

– göbələk infeksiyaları

– mikozlar

– kandidozlar

– protozoylar

– Koronavirüs (COVID-19)

– Diabetik ayaq infeksiyaları

  • Bağırsaq infeksiyalarının diaqnozu və müalicəsi
  • Qan infeksiyalarının (transmissiv və qeyri transmissiv) diaqnozu və müalicəsi
  • Tənəffüs yollarının infeksiyalarının diaqnozu və müalicəsi
  • Digər mənşəli infeksiyaların diaqnozu və müalicəsi
  • Bakteroloji testlərin götürülməsi
  • Seroloji testlərin götürülməsi
  • İnfeksion xəstəliyin törədicisinin DNT və ya RNT-nun aşkar olunması üçün (PZR) testlərin götürülməsi
  • Burun, boğaz və ginekoloji nahiyyədən yaxma götürülməsi

Bölümə aid həkimlər