KARDİOLOGİYA
Ümumi Məlumat

Kardiologiya – tibbin ürək-damar sisteminin xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan ən önəmli sahələrindəndir. Kliniki təbabətin ürək-damar sisteminin müxtəlif yaş dövrlərində anatomo-fizioloji, fiziki və psixi xüsusiyyətlərini, ürək damar sisteminin xəstəliklərini, onların diaqnostika, müalicə və profilaktika üsullarını öyrənən sahəsidir. Ürək-damar sistemi problemlərilə həkim kardioloq məşğul olur. Yalnız həkim kardioloq kardioloji xəstəliklərin düzgün diaqnostikasını apara və müvafiq müalicə təyin edə bilər.

Kardiologiya şöbəmizin təcrübəli həkimləri təchiz olunmuş son texnoloji tibbi avadanlıqları ilə hər zaman pasiyentlərin xidmətindədirlər. Hospitalımızda kardioloji müayinə, diaqnoz və müalicə üçün zəruri olan bütün müayinə qiymətləndirmələri və labaratoriya araşdırmaları ambulator tətbiq olunmaqdadır.

İnsanların əksər qismində tez-tez rast gəlinən hipertoniya və xolestrol nəticəsində yaranan ürək qüsurları və çatışmamazlıqları kimi ürəklə əlaqəli olan bütün problemlərə xas fərdi müalicə metodikaları və uzunmüddətli nəzarətdə saxlama planları da həmçinin kardioloqlarımız tərəfindən profesionallıqla həyata keçirilir.

Şöbənin mütəxəssis həkimləri tərəfindən hipertoniya, hiperlipidemiya və aritmiya üçün ən aktual, ən yaxşı, müalicə və qulluq üsulları seçilərək pasiyentlərə tətbiq olunur.

Modern Hospitalın kardiologiya şöbəsində qeyri-invaziv ürək xəstəliklərinin diaqnostikasında ən geniş yer verilən müayinə üsullarından biri EXO-KQ-dir. Exokardioqrafiya üsulu ürəyin ultrasəs müayinəsidir. Hər hansı bir üzvi yaxud funksional patologiyanı aşkar etmək üçün kardioloqlarımız yalnız EKQ müayinəsi ilə kifayətlənmir eyni zamanda pasiyenti EXO-KQ müayinəsindən keçirərək daha dəqiq diaqnoz qoyurlar.

EXO-KQ aparatı vasitəsilə,

  • ürəyin anatomik quruluşu və qapaq aparatı,
  • ürək əzələsinin vəziyyəti,
  • qanın kameralarda hərəkəti,
  • sistolik və diastolik funksiyalar,
  • perikard boşluğunun vəziyyəti

haqqında çox dəqiq məlumatlar əldə etmək mümkündür.

Doppler-exokardioqrafiyadan istifadə nəinki qüsurların diaqnostikasını asanlaşdırır, eləcə də mitral stenozun və çatmamazlığın hemodinamik əhəmiyyətini qiymətləndirməyə imkan verir. Müayinə mitral qapağın qan axınının doppler müayinəsindən ibarətdir. Vaxtında və düzgün diaqnoz belə ağırlaşmaların qarşısını ala bilər. Rəngli doppler-EXO-KQ müayinəsinin ürək qüsurlarının erkən diaqnostikasında çox böyük praktik əhəmiyyəti var. Klinikamızda exo-kq müayinəsi  yüksək ixtisaslı həkim-kardioloqlar tərəfindən həyata keçirilir.

EKQ

Ürək əzələsinin funksiyasını araşdırmaq üçün ürəkdə əmələ gələn elektrik fəaliyyətinin yazılmasıdır. EQK ürək xəstəliklərinin aşkar olunmasında həkimin müayinə zamanı aşkar etdiyi nəticələrlə birlikdə dəyərləndirildiyində, digər təhlil və nəticələr ilə birlikdə nəzərə alınaraq pasiyentin diaqnozunun düzgün qoyulmasında önəmli müayinə vasitələrindən biridir.

Stress Test

Stress testi ürək damar sistemi xəstəliklərinin araşdırılması, müalicənin effektivliyinin təyin edilməsi, fiziki gərginlik ilə aritmiyaların meydana gəlib-gəlmədiyini öyrənən və fiziki gərginliyin arterial təzyiqin yüksəlməsinə nə dərəcədə təsir göstərdiyini təyin edən bir müayinə üsuludur. Stress test istirahətdə EKQ də təsbit edilməyən, lakin fiziki gərginlik sırasında meydana çıxan anormallıqları təyin etmək üçün çox əhəmiyyətli bir müayinədir.

Fetal-Pediatrik Ekokardioqrafiya.

Exokardioqrafiya ürək əzələsi və ümumilikdə ürək fəaliyyətini səs dalğaları ilə ölçən müayinə metodudur. Dalğaların radiasiyalı olmaması, müayinə zamanı heç bir dərmanlardan istifadə edilməməsi hamilələrə, yeni doğulmuş uşaqlar daxil hərkəsə asanlıqla tətbiq oluna bilər. Ürək böyüməsi, ürək əzələsinin xəstəlikləri, qapaq xəstəlikləri, ürək çatışmazlığı, ürək daxili kütlələr, tromblar, ürək şişləri, anadangəlmə ürək qüsurları, hətta orqanizmin ən böyük damarının-aortanın xəstəliklərinin təyin edilməsi üçün vacib olan mühüm müayinə metodudur.

Stress Exokardioqrafiya

Stress exokardioqrafiya ürəyi qidalandıran damarlarda (koronar damarlar) daralma olub-olmadığının araşdırılmasında, mokard infarktı keçirən xəstələrdə dərman xaricində bir müalicəyə ehtiyac olub-olmadığının aşkar olunmasında və ürək qapaq xəstəliyi zamanı xəstəliyin şiddətinin dəyərləndirilməsində istifadə olunur. İstifadə oluna bilən stress metodu Tredmill cihazında fiziki yük vermək, yəni tez-tez yeridilərək ürəyin iş yükünü artırmaq şəklində aparılır. Stress exokardioqrafiya qoldan keçən damarlara dərman yeridilərək də aparıla bilər.

Holter

EKQ Holter cib telefonu kimi kəmərə bağlanan bir cihazdır. 3-4 ədəd naqil, elektrodlar (yumşaq plastikdən hazırlanmış 3-4 sm ölçüsündə yapışqanlı) vasitəsilə sinəyə bərkidilir. İnsan günlük normal həyatını yaşayır və cihaz planlanan zaman müddətində ürəyin elektrik impulslarını qeydə alır. Zaman sonunda cihaz çıxarılaraq qeydə alınmış impulslar kompüterdə analiz edilir. Bu alət sayəsində müayinə zamanı görülməyən amma gün ərzində qısa zamanda olub keçən ürək döyüntüləri, sinə ağrıları, huş itirməyə səbəb bütün ritm pozulmalar aşkar edilə bilir. Holter cihazı taxıldıqdan sonra xüsusi ilə şikayətləri yaradan hadisələr təkrarlanmalıdır (Kofe içmə, nərdivan çıxma v.s).

Sualınız var?
  • Anadangəlmə ürək xəstəlikləri(Konjenital)
  • Xroniki arteriya xəstəliyi
  • Ürək çatışmamazlığı
  • Ürək ritminin pozulması ilə ortaya çıxan ürək xəstəliklər
  • Dilate kardiomiopatiya (ürək mədəciklərinin genişlənməsi)
  • Ürəyin işemik xəstəlikləri:
  • Miokard infarktı (ürəyin əzələ qatında oksigen çatışmazlığı)
  • Stenokardiya
  • Kardioskleroz
  • Endokardiya (natamam açılma və ya ürək qapaq çatışmazlığı)
  • Perikardiya
  • Aorta damar xəstəlikləri
  • Damar sərtliyi(ateroskleroz)
  • Hipertoniya(yüksək təzyiq)
  • Hiperlipidemiya
  • Taxikardiya
  • Ürək astması
  • Trombemboliya
  • Elektrokardioqrafiya (EKQ)
  • Exo kardioqrafiya (EXO KQ)
  • Fetal EXO-KQ
  • Pediatrik EXO-KQ
  • Stress EXO-KQ
  • Holter müayinəsi
  • Qan təzyiqinin ambulator müayinəsi
  • EKQ testi (treadmill – stress testi)
  • Endotelial disfunksiya testləri

Bölümə aid həkimlər