Mammologiya — süd vəzi xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan elm sahəsidir.
Mammalogiya şöbəmizdə ixtisaslaşmış qadın həkim kollektivimiz hər növ süd vəzi xəstəliklərinin müayinəsini edərək diaqnozunu təyin edir. Süd (döş) vəziləri ilə bağlı şikayətlərə həkim tərəfindən xüsusi diqqətin yetirilir. Əgər bədxassəli süd vəzi xəstəlikləri ehtimalı varsa ən qısa zamanda xəstəliyin müəyyən edilməsinə çalışılır ki, erkən inkişaf dövründə xəstəliyin müalicəsinə başlana bilinsin. Eyni zamanda, xoşxassəli xəstəliklər də diqqətdən kənarda saxlanılmır. Müayinə olunan pasientlərin yalnız 5% – də süd vəzi xərçəngi aşkar olunur. Hər süd vəzi şikayəti xərçəng xəstəliyinin əlaməti deyildir.
Süd vəzi xəstəliyinin simptom və əlamətləri
- döş vəzi daxilində əllənən şiş və ya qalın kütlə,
- döşün həcmi və ya görünüşünün dəyişməsi,
- döş ağrısı,
- döşün giləsindən axıntı və ya gilənin daxilə çevrilməsi
Klinikamızda tətbiq olunan diaqnostik görüntüləmə vasitələri:
- Süd vəzi USM-i
- Süd vəzi doppler müayinəsi
- Döş qəfəsinin KT müayinəsi
- Mammoqrafiya
Mammoqrafiya – Yeni yaranmış süd vəzi problemi ilə müraciət etmiş və yaşı 40-dan yuxarı olan bütün qadınlarda ilk test kimi mammoqrafiya tətbiq edilməlidir. Mammoqrafiya ildə 1 dəfə təkrarlanmalıdır. Yaşı 40 – dan az olan xanımlarda müayinə USM – ilə aparılmalıdır. Yalnız şübhəli törəmə olarsa və ailədə süd vəzi xərçəngi olarsa mammoqrafiya çəkilməlidir.
Profilaktik olaraq fərdi gigiyena və əmizdirmə qaydalarına riayət olunmalı, ginekoloq və mammoloqun müntəzəm qəbulunda olunması gərəklidir.