NEVROLOGİYA
Ümumi Məlumat

Nevrologiya, mərkəzi və periferik sinir sistemi xəstəliklərini, müayinə və müalicəsini öyrənən tibb elminin bir sahəsidir. Bu sahə, nevroloji xəstəliklərin səbəbləri, mexanizmləri, əlamətləri, diaqnostika yolları, müalicəsi, həmçinin proflaktikası ilə məşğul olur.

Nevrologiyanın birbaşa əlaqəli olduğu sahələr: neyrocərrahiyyə, oftalmologiya, otolarinqologiya, endokrinologiya, psixiatriya və s.

Orqanizmimizdə gedən istənilən patoloji dəyişikliklər sinir sistemimizi müəyyən ölçüdə zədələyir. Həkim-nevropatoloqun əsas vəzifəsi sinir sisteminin birincili və ya ikincili zədələnməsini aşkar etməkdir.

Nevrologiya şöbəmizdə ixtisaslaşmış həkimlərimiz mərkəzi və periferik sinir sistemi xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikası ilə məşğul olurlar. Klinikamızaa müraciət edən pasiyentlərdəki xəstəliklərin diaqnozunun dəqiqləşməsində aşağıda qeyd olunan müxtəlif müayinə metodları tətbiq edilir:

  • MRT
  • KT
  • KT Angioqrafiya
  • Doppler USM
  • EEQ
  • EMQ
  • Neyrosanaqrafiya
  • Göz dibi müayinəsi
  • Bəzi labarator analizlər
  • Fizioterapiya
  • Nevroloji müayinə

Maqnit Rezonans Tomoqrafiya ( MRT) – baş beyin-onurğa beynin müayinəsi üçün istifadə edilir. MRT nevroloji xəstəliklərin diaqnostikasında tətbiq olunan önəmli vasitələrdəndir.

Kompüter Tomoqrafiyası (KT) – kəllə beyin-onurğa beyni travmalarında tətbiq olunur. Özəlliklə, MRT müayinəsinə əks göstərişi olan şəxslərin müayinəsində istifadə edilir.

KT Angioqrafiya – Damar rəsmi mənasını bildirir. Bud və ya başqa arteriyalardan kateter vasitəsilə daxil olaraq, kontrast maddədən istifadəsi ilə damarların şəkli çəkilir. Bu metod vasitəsilə beyni qidalandıran damarların qurluşunu, həmçinin bu damarlarda əmələ gələn vəya gəlməkdə olan disfunksiyaları öyrənmək mümkündür.

Doppler (USM)– beyinə gedən yuxu və onurğa arteriyalarında qanın axın surətini təyin etməkdə xüsusi rol oynayır.

EEQ-Elektroensefaloqrafiya —  baş beyinin bioelektrik elektrik aktivliyini qeydə almaq və qiymətləndirmək üçün istifadə olunan nevroloji müayinə medodudur. Baş dərisi üzərinə (lazımi bölgələrə) elektrod yerləşdirməklə həyata keçirilir.

EEQ aşağıdakı hallarda çəkilir:

1)     Epilepsiya;

2)     Huşun pozulması və qavrama pozğunluqları zamanı;

3)     Yuxu pozğunluqları;

4)     Mərkəzi sinir sistemi iltihabı;

5)     Yaddaş və diqqət pozğunluğu və yaşlanma hallarında;

6)     Bəzi psixiatrik xəstəliklər zamanı.

ENMQ — Elektroneyromioqrafiya — əzələ və periferik sinir sistemi xəstəliklərində tətbiq edilir. Bu metod periferik sinirləri zədələyən xəstəliklərin diaqnozunu qoymaq, diaqnozu təsdiqləmək, sinirlərin zədələnmə şiddətini, xəstəlik müddətini izləmək və verilən müalicənin nəticələrini izləmək üçün istifadə etdiyimiz müayinə metodudur. ENMQ  müayinəsi zamanı ən çox istifadə olunan testlər aşağıdakılardır:

—         Elektrostimulyasiya

—         İynə ilə elektromioqrafiya

ENMQ  istifadə olunur:

1)   Polineyropatiyalar;

2)   Fokal neyropatiyalar — sinir sıxışmaları;

3)   Radikulopatiyalar ;

4)   Sinir əzələ qovşağı xəstəlikləri – Miasteniya qravis;

5)   Miopatiyalar (əzələ liflərində zədələnməyə səbəb olan xəstəliklər);

6)   Travmalar, sınıq, qırıq və çıxıqlar zamanı sinir zədələnmələrini təyin etmək

7)   Periferik sinir zədələnmələri, pleksus zədələnmələri;

8)   Motoneyron zədələnmələri – yan amiotrofik skleroz.

Neyrosonoqrafiya – körpə uşaqların əmgək nahiyyəsindən istifadə edərək, beyin mədəciklərinə və parenximasını müayinə etmək üçün tətbiq edilir. Ultrasəs dalğaları metodun əsasını təşkil edir.

Göz dibi müayinəsi – oftalmoloq tərəfindən aparılır, görmə siniri atrofiyası, durğunluq, kəllə daxili təzyiqin yüksəlməsi əlamətlərini müəyyən etməkdə önəmli metoddur. 

Fizioterapiya —  nevroloji xəstəlikləri, onurğa, oynaq problemlərini fiziki faktorlarla (maqnitoterapiya, elektroterapiya, ultrasəs işıq, parafin) və masaj vasitəsi ilə müalicə edən tibb sahəsidir.

Nevroloji müayinə— kəllə-beyin sinirlərinin, hərəki və hissi pozulmaların, koordinator dəyişikliklərin, ilkin zədələnmə ocağının və bu zədələnmənin əmələ gəlməsinə səbəb olan xəstəliyin müəyyən edilməsində mühüm müayinə üsuludur. Xəstəliyin tarixi ( anamnez) diaqnozun qoyulmasında bəzən yeganə metoddur.

Sualınız var?

• Serebrovaskulyar xəstəliklər
– kəskin işemik insult,
– beyin qanamaları,
– vertebrobazilyar çatışmazlıq,
– beyin qan dövranının işemik tip pozğunluqları

• Epilepsiya və fokal tutmalar, uşaqlar və yeniyetmələrdə epilepsiya, epileptik paroksizmlər

• Degenerativ xəstəliklər

– Alzheimer,
– Pik,
– Vilson,
– Vaskulyar mənşəli demensiyalar

• Yan amiotrofik skleroz (ALS) və hərəkət pozğunluqları:
– parkinson,
– distoniya,
– tik,
– essensial tremor,
– narahat ayaq sindromu,
– diskinezlər

• Baş ağrıları (Gərginlik, klaster, baş və ya boyun travması, qeyri-damar mənşəli patologiya, müxtəlif maddələrin istifadəsi və ya onların kəsilməsi, infeksiyalar, homeostaz pozulmaları, kəllə qapağı, boyun, gözlər, burun, sinuslar, dişlər, ağız və ya digər üz və kəllə hissələrinin patologiyası, psixi pozulmalar, temporal arterit nevrologiyalar ilə əlaqədar olan baş ağrıları).

• Neyropatiyalar

– toksik,
– metabolik,
– Giyen-Barre sindromu,
– immun neyropatiyalar

• Sinir-əzələ keçiriciliyi pozğunluqları
– Miasteniya,
– Gravius

• Başgicəllənmə (mərkəzi və periferik başgicəllənmə, pozisional, paroksizmal başgicəllənmə)

• Boyun və bel ağrılarının diaqnozu və müasir müalicəsi

• Əzələ xəstəliklərinin (miopatiyalar) diaqnozu, müalicəsi və reabilitasiyası

• Yuxu pozğunluqları

– insomniya,
– parasomniya,
– hipersomniya,
– yuxuda apnoe,
– narkolepsiya,
– katapleksiya

• Tiklər, Enurez

• Hiperaktivlik, Diqqət zəifliyi sindromu

• Fərdi xidmət (Psixo analiz, Psixo terapiya)

• Xroniki yorğunluq sindromu

• Hər növ Nevroz

• Reyno sindromu

  • Nevroloji ambulator xidmət.
  • Klinikada yatan nevroloji xəstələrin təqibi və müalicəsi.
  • Neyrofizioloji xidmət – Elektroensefaloqrafiya (EEQ, KT, MRT).
  • Bütün növ fizioterapevtik prosedurlar.
  • Əzələ xəstəliklərinin (miopatiyalar) diaqnozu, müalicəsi və reabilitasiyası
  • Boyun və bel ağrılarının diaqnozu və müasir müalicəsi