Pediatriya —uşaq xəstəliklərini, bu xəstəliklərin müalicə və profilaktikasını öyrənən tibbin bir sahəsidir. Böyüməkdə olan uşaq orqanizminin xüsusiyyətləri, yaşla bağlı dəyişiklikləri, uşağa qulluq, eləcə də uşaqlarda rast gəlinən xəstəliklərin gedişini öyrənmək də bu elmin tərkib hissəsidir.
0-16 yaş aralığında olan uşaqlarda doğuş əsnasında yaranmış problemlər, xəstəliklər, doğuşdan sonra intizamlı şəkildə tətbiq olunan peyvənd təqibi, fiziki, psixoloji inkişafın təqibi Pediatrlar tərəfindən icra olunur. Bu zaman çərçivəsində davamlı olaraq edilən müayinələrdə uşaqların boyu, çəkisi, qidalanma şəkli, qarşı tərəfi anlamaq və öz fikrini ifadə etmə şəklinin inkişafı, nevroloji və psixoloji vəziyyəti uşaq həkimləri tərəfindən təqib edilir.
Pediatriya öz tərkibində bir neçə yerə bölünür:
- Uşaq Cərrahiyyəsi
- Uşaq Kardiologiyası
- Uşaq Nevrologiyası
- Uşaq Revmatologiyası
- Uşaq və Yeniyetmə Psixatrı
- Uşaq Hematoloqu
- Uşaq Nefrologiyası
- Uşaq İmmunoloqu və Allerqoloqu
- Uşaq Onkologiyası
- Uşaq Urologiyası
- Uşaq Qastroenteroloqu, Hepatoloqu, Dietoloqu
- Uşaq Endokrinoloqu
- Uşaq Reanimatoloqu
- Neantoloq
Modern Hospital Pediatriya şöbəsində, 1 neçə aylıqdan 16 yaşına kimi olan bütün uşaq və gənclərin müayinə və müalicəsi aparılır. Körpələrə ehtiyac duyulan peyvəndlər vurulur, allerqoloqlar tərəfindən allerqoloji problemlər olduğu təqdirdə müdaxilə olunaraq müalicə aparılır.
Uşaqlarda Tətbiq Olunan Peyvəndlər və zamanları:
- 4-7 gün – Hep B – Hepatit B əleyhinə, BCG – Vərəm əleyhinə, OPV – poliomielit əleyhinə
- 2 aylıqda – Hep B – Hepatit B əleyhinə, OPV – poliomielit əleyhinə, GDT – göyöskürək, difteriya, tetanus əleyhinə, Hib – haemophillus influenzae əleyhinə, PK – pnevmokokk əleyhinə
- 3 aylıqda – OPV – poliomielit əleyhinə, GDT – göyöskürək, difteriya, tetanus əleyhinə, Hib – haemophillus influenzae əleyhinə
- 4 aylıqda – OPV – poliomielit əleyhinə, GDT – göyöskürək, difteriya, tetanus əleyhinə, Hib – haemophillus influenzae əleyhinə, PK – pnevmokokk əleyhinə
- 6 aylıqda – Hep B – Hepatit B əleyhinə, PK – pnevmokokk əleyhinə
- 12 aylıqda – QPM – qızılca, məxmərək, epidemik parotit əleyhinə
- 18 aylıqda –OPV – poliomielit əleyhinə, GDT – göyöskürək, difteriya, tetanus əleyhinə
- 6 yaşında – DT – difteriya, tetanus əleyhinə, QPM – qızılca, məxmərək, epidemik parotit əleyhinə