Pulmonologiya-tənəffüs yollarını əhatə edən xəstəliklərlə məşğul olan bir tibb ixtisasıdır.. Pulmonologiya pnevmologiya, respirologiya və tənəffüs yolu ilə sinonimdir.
Modern Hospitalda həm böyüklərdə, həm də uşaqlarda ağciyər və tənəffüs yollarının obstruktiv və restriktiv xəstəliklərinin müalicəsi mütəxəssis həkimlər tərəfindən peşəkarlıqla aparılır.
Ağciyərin obstruktiv xəstəliyinin əsas simptomu – daim əziyyət verən təngnəfəslikdir.
Ağciyərlərin restriktiv xəstəlikləri ağciyər həcminin azalması ilə nəticələnir. Restriktiv xəstəlikdən əziyyət çəkən şəxslərin ağciyərləri hava ilə tam təmin olunmur.
Restriktiv xəstəliklərə səbəb olan faktorlar:
- İdiopatik ağciyər fibrozu
- Sarkoidoz, autoimmun xəstəliyi
- Obezite (piylənmə)
- Əzələ distrofiyası və ya yan amiotrofik skleroz (YAS) kimi sinir-əzələ xəstəlikləri