Revmatologiya – iç xəstəlikləri bölümünün bir hissəsi olub revmatik xəstəliklərin, xüsusilə iltihablı revmatik xəstəliklərin müayinə və müalicəsi ilə məşğul olan tibbi bölümdür.
Revmatoloji xəstəliklər oynaqlarda ağrı, şişkinlik, hərəkət məhdudluğu və deformasiylarla təzahür edən xəstəlik qrupudur. Lakin revmatoloji patologiyanın göstəricisi kimi digər oynaqdan kənar əlamətlər də qəbul oluna bilər. Bəzi revmatoloji xəstəliklərdə isə (məs. vaskulitlər) prosesə oynaqların cəlb olunması mütləq deyil. Eyni zamanda hər oynaq ağrısının səbəbi revmatoloji xəstəlik olmaya bilər. Misal üçün, Hepatitler, Brucella və s.infeksiyalar, bır sıra endokrin, nevroloji, hətta onkoloji xəstəliklər belə özünü revmatik xəstəlik kimi göstərə bilər. Burada diqqətli və dərin differensiasiyanın aparılması çox önəmlidir.
Revmatoloji xəstəliklərə bütün növ iltihabi və degenerativ artritlər, onurğa sütünu xəstəlikləri, spondiloartritlər, kristal artritlər, bir sıra autoimmun və autoinflamator xəstəlikər, birləşdirici toxuma xəstəlikləri, bir sıra əzələ xəstəlikləri, sistem vaskulitlər (Vegener vask., Churg-Strauss sindromu, MPA, PAN, Takayasu arteriti, Temporal arterit və s.), yumşaq toxuma xəstəliyi (fibromialgiya) və s. aiddir.
Moder Hospitalda revmatoloji xəstəliklərin müayinə və müalicəsi təcrübəli həkim-revmatoloq tərəfindən həyata keçirilir.
Revmatoloji xəstəliklərin diaqnostikasında rutin qan analizlərindən başqa xəstəliyə spesifik olan marker (autoantikor) adlandırılan qan testləri, genetik analizlər və görüntüləmə üsulları (USM, rentgenoqrafiya, KT, MRT) istifadə olunur. Eyni zamanda diaqnostikada həkim tərəfindən toplanmış dolğun anamnez və fiziki müayinə də diaqnoz üçün çox önəmlidir.
Bütün revmatoloji xəstəliklərin dəqiq diaqnostikası üçün güclü diaqnostik-laboratoriya bazası da klinikamızda vardır:
- Laborator analizlər ( qanın ümumi analizi, biokimyəvi, hormonal analizlər, revmotestlər, lupus testi, qanda autoimmun xəstəliklərin markerlərinin təyini, mikroelementlərin analizi, laxtalanmanın təyini)
- Rentgenoqrafiya
- Kompüter tomoqrafiya (KT)
- Daxili orqanların USM-ı və Damarların doppleroqrafiyası