Stomatologiya — dişlərin, diş ətinin, diş-çənə sisteminin, ağız boşluğu toxumalarının, üz və boyun toxumalarının anatomiyası, fiziologiyası, patogenezi, xəstəlikləri, etiologiyası, profilaktikası və müalicəsi ilə məşğul olan tibb sahəsidir.
Stomatologiyanın əsas bölümləri aşağıdakılardır:
- Terapevtik Stomatologiya
- Ortopedik Stomatologiya
- Uşaq Stomatologiyası
- Ortodontiya
- Periodontologiya
- Üz-çənə cərrahiyyəsi
- Endodontiya
- Cərrahiyyə
- İmplantologiya
- Restorativ diş müalicəsi
MODERN HOSPİTAL-ın Stomatologiya şöbəsində stomatologiyanın terapiya, ortopediya, endodontiya, uşaq stomatologiyası, profilaktika, para-dontologiya, ortodontiya, üzçənə cərrahiyyəsi və implantologiya sahələri üzrə işlər həyata keçirilir. Şöbəmizdə ixtisası üzrə ali təhsil almış və dünyanın müxtəlif ölkələrində ixtisas artırma kursları keçmiş, dünya protokollarına uyğun diş müalicəsi icra edən stomatoloqlar fəaliyyət göstərir. Stomatologiya şöbəmizdə klassik stomatoloji xidmətlərlə yanaşı son zamanlar stomatologiyada daha çox tətbiq olunan implant, DSD, vinir, preslənmiş keramika və s.kimi konstruksiyalar uğurla tətbiq olunmaqdadır. Nəhayət pasiyentləri ən çox narahat edən alətlərin sterilizasiyası prosesi MODERN HOSPİTAL-ın stomatologiya şöbəsində ən yüksək səviyyədə həyata keçirilir. Burada istifadə olunan alətlər 5 mərhələli sterilizasiya prosesi keçir, sonda paketlənərək İtaliya istehsalı olan avtoklavda sterilizasiya olunur. Bu proses ixtisaslı tibb bacıları tərəfindən aparılır və klinikanın növbətçi həkimləri tərəfindən nəzarət olunur. Bizim üçün pasiyentlərimizin sağlamlığı ən vacib amildir. Məqsədimiz bizə müraciət edən pasiyentlərə sağlam və gözəl gülüşlər bəxş etməkdir!