PLASTİK CƏRRAHİYYƏ
Ümumi Məlumat

Gözəl görünmək günümüzdə hər bir insanın sosial həyatına birbaşa təsir edəcək ünsürlərdən başlıcası olmuşdur. Professionalların estetik toxunuşları və icra etdiyi əməliyyatlar sayəsində daha sağlam və daha gözəl görünüş əldə edən şəxslər pozitiv və özgüvənli həyata başlaması buna sübutdur.

Plastik, Rekonstruktiv və Estetik Cərrahiyə həm anadangəlmə, həm də sonradan qazanılmış estetik, forma və funksiya pozulmalarının müalicəsi istiqamətindəki tibbi müdaxilələrdir.

Hospitalımızın Estetik Plastik və Rekonstruktiv cərrahiyyə şöbəsində pasiyentlərimizə  öz sahələrində ixtisaslaşmış həkim kollektivi ilə əhatəli xidmət göstərilərək, bizə müraciət edənləri qısa müddətdə xəyallarındakı gözəlliyə qovuşdururuq.

Sualınız var?
  • Doğuşdan olan anomaliyalar
  • Sonradan yaranan anomaliyalar(xəsarət, keçirilmiş xəstəlik sonrası, uğursuz ilkin əməliyyat və s.)
  • Dovşandodaqlılıq
  • Dodaq deformasiyaları
  • Xoşxassəli törəmələr
  • Üzdə, boyun nahiyyəsində dəri sallanmaları
  • Sinə və qarın nahiyyəsi sallanmaları
  • Ginekomastiya
  • Burunda və burun çəpərində əyrilik
  • Ziyillər, xallar
  • Sindaktiliya(anadangəlmə barmaqların birləşik olması)

Plastik Cərrahiyyə şöbəmizin xidmətləri:

  • Total Bədən Şəkilləndirmə
  • Abdomenoplastika
  • Liposaksiya
  • Blefaroplastika
  • Mammoplastika
  • Süd vəzi böyüdülməsi(implantla və implantsız)
  • Süd vəzi kiçildilməsi
  • Süd vəzi dikləşdirilməsi
  • Rinoplastika
  • Ginekomastiya
  • Üz gərmə, boyun gərmə
  • Buxaq sallanması
  • Qaş qaldırma
  • Dodaq şəkilləndirmə
  • Otoplastika
  • Rekonstruktiv cərrahiyyə

Bölümə aid həkimlər