Klinikamızın üz-çənə cərrahiyyəsi şöbəsində kistalar, şişlər kimi patologiyalarla bərabər, çənə sınıqlarının açıq və qapalı üsullarla müalicəsi, retension dişlərin çıxarılması və ağzın sərt və yumşaq toxumalarında edilən düzəlişlər , son illərdə diş həkimliyində tez-tez istifadə olunan implantların çənəyə yerləşdirilməsi, implant üçün kifayət qədər sümüyün olmadığı vəziyyətlərdə sümük greftlərin qoyulması kimi irəli implant cərrahiyyəsi , Üz-çənə anomaliyaları olan alt və ya üst çənənin irəlidə və ya geridə olması ilə əlaqədar çeynəmə funksiyasının və estetik görünüşün pozulmasından yaranan halların, Gicgah çənə oynağının problemlərinin və xəstəliklərinin, miyofasiyal ağrı sindromu, oynaq hərəkətləri zamanı (ağız açma və bağlama zamanı) yaranan ağrıların və səsin konservativ üsullarla müalicəsi və cərrahiyyəsi , Əlavə olaraq stomatologiyada mövcud olan bütün cərrahi müdaxilələr – süt, daimi və retensiyalı dişlərin çəkilməsi; diş köklərinin çəkilməsi; ağıl dişlərinin cərrahi çəkilməsi; apikal rezeksiya; abses və fleqmonların boşaldılması; alveolit, perikoronit, periostit, osteomiyelit və sair infeksiyalı patologiyaların cərrahi müalicəsi; kistektomiya; müxtəlif növ mikro-cərrahi – alveoplastika, osteoplastika, gingivektomiya və gingivoplastika, frenulektomiya, flap əməliyyatı və sair uğurla həyata keçirilir.