Sidik kanalı prostatın içərisindən keçdiyindən, vəzinin böyüməsi zamanı yaşı 50 çatmış kişılərin çoxunda, sidik buraxmada çətinləşmə, sidik kisəsini natamam boşaltma hissiyatı və sidik şirnağının zəifləməsi şikayətləri əmələ gəlir. Bu şikayətlər yaşı 60 çatmış kişilərin 50% də, 80 yaşı olanların isə 80% də rast gəlinə bilər. RİSK FAKTORLAR - Yaş faktoru ( yaşın > 50 olması) - İrsi faktor (yaxın ailə üzvlərində prostat vəzinin böyüməsi olması) - Metabolik sindrom (məsələn, şəkərli diabet, piylənmə) - Sidik cinsiyyət yollarında keçirilən iltihabı xəstəliklər ƏSƏS ŞİKAYƏTLƏR - Sidikburaxmadan sonra sidik kisəsini natamam boşaltmaq - Axırıncı sidikburaxmadan...

Əksəriyyətimiz müxtəlif səbəblər üzündən az hərəkətli həyat tərzi keçirir və buna bəraət qazandırmaq üçün bir sıra bəhanələr axtarırıq. Biz təmbəlliyimizi işimizin ağırlığı, maddi problemlər, vaxt qıtlığı, stresslər, hava şəraitinin pis olması kimi bəhanələrlə izah etməyə və məsuliyyətdən yayınmağa çalışırıq. İnsan dünyaya göz açır, böyüyür, inkişaf edir və güclənir. İyirmi yaşa çatdıqdan sonra insan funksional inkişafının ən yüksək səviyyəsinə çatır və bundan sonra əqli, eləcə də fiziki inkişafında tədricən geriləmə ilə üz-üzə qalır. Yetmiş yaşdan sonra bu zəifləmənin sürəti də artır....