"Modern Group"un tərkibinə daxil olan və tibb sahəsində mühim işlər görən "Medicenter" MMC və "Modern Hospital" MMC olaraq, Sentyabrın 27-sindən başlayan vətən müharibəsinin Allahın izni, Ali Baş Komandanın əmri, ordumuzun şücaəti, şəhidlərimizin qanı ilə “8 noyabr”ı tarixin səhifələrinə şanlı hərflərlə “Qələbə Günü” kimi yazdıraraq müharibənin lehimizə tamamlanması münasibətilə şəhid analarının əllərindən öpür, xalqımızı və bütün türk dünyasını könüldən təbrik edirik! 2ci Qarabağ müharibəsi gedişatında istər ön cəbhədə ordumuzun əvəzolunmaz və danılmaz zəhməti, istərsə də arxa cəbhədə həm şirkətlər , həm vətəndaşlar, uşaqdan...

12 Oktyabr tarixində Modern Hospitalın dəstəyi ilə ölkəmizdə artıq III dəfə təşkil olunan Diabetik Pəncə Günü elmi-praktiki konfransı keçirildi. Konfransın keçirilməsində əsas məqsəd dünya və özəlliklə tibb sahəsində öz sözünü demiş qardaş və qonşu ölkə Türkiyədə bu istiqamətdə mövcud 50 ilə yaxın olan təcrübənin Azərbaycandaki həkim və tibb işçiləri ilə bölüşülməsi və bu təcrübədən yararlanılması olub. Konfransda 400-ə yaxın bu sahə ilə maraqlı tibbi əməkdaşlar iştirak etmişdirlər. Bu isə sevindirici haldır ki, spesifik sahə olmasına rəğmən bu sahə ilə bağlı məlumat...

18 мая Баку в очередной раз стал хозяином грандиозной международной медицинской научной конференции. 5-ый Конгресс Международной Бариатрической Метаболической Хирургии состоялся в Бакинском Конгресс Центре при совместной организационной поддержке Министерства Здравоохранения Азербайджанской Республики, Modern Hospital, Азербайджанского Фонд Молодежи, Азербайджанского Кружка Бариатрической Метаболической Хирургии. В организуемой уже в 5-ый раз конференции участвовали 32 профессора и специалиста-врача международного класса из 9-ти зарубежных стран. В общей сложности в 7 Академической панели 73 спикера представили презентации в связи со своими знаниями и опытом по теме...

Hazırda insanlar arasında yayılmış olan varikozun dünya praktikasında, eləcə də ölkəmizdə tətbiq olunan müxtəlif müalicə üsulları var. Ümumiyyətlə varikoz xəstəliyinə uzun müddət ayaq üstə olan və ya çox qısa zaman ərzində həddindən artıq kilo alan insanlarda daha çox rast gəlmək olar. Problemin əsas şikayətləri aşağı ətraflarda olan ağrılar, qıcolmalar, gün ərzində, xüsusilə axşamlar daha çox narahat edən ayaqlarda olan şişkinliklər, bundan əlavə estetik görünüşə mənfi təsir göstərən damarların genişlənməsi, göyərməsi və sərtləşməsidir. Artıq uzun müddətdir ki, problemin aradan qaldırılması üçün lazer və...

Artıq ölkəmizdə də dünya səhiyyəsində inkişaf etməkdə olan və beynəlxalq səhiyyə qurumları tərəfindən uzun müddətli sağalmayan yanıq yaraları, çapıqlar, dəri qırışları, dəri sallanmaları, diabetik ayaq yaralarının müalicəsində istifadə olunan regenrativ hüceyrə köçürməsi Modern Hospitalda da tətbiq olunmağa başlanmışdır. “Regenerativ hüceyrələrin təbabətin müxtəlif sahələrində tətbiqinə multidissiplinar yanaşma. Gənclik və özünübərpa prosesinin sirri” adı altında Hilton Otelində keçirilmiş konfransla Modern Hospital nəzdində fəaliyyətə başlayan Regenerativ Təbabət bölümünün təqdimatı keçirilib. Konfransda bu sahədə qardaş Türkiyə respublikasında fəaliyyət göstərən, uğurlu əməliyyatlar icra etmiş dünya üzrə...

Bakıda Modern Hospitalın təşkilatçılığı ilə “II Diabetik Pəncə Günü” konfransı keçirilib. Konfransda həkimlər, travmatoloq, kardioxirurq, endokrinoloqlarla yanaşı, Türkiyənin tanınmış professorları Müzəffər Altındaş və Tamer Tetiker də iştirak edib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən “Modern Hospital”ın “Diabetik Ayaq Mərkəzi”nin rəhbəri, həkim-endokrinoloq Gülay Məmmədova diabetik ayaq sindromu ilə bağlı artıq ikinci dəfədir ki, konfrans keçirildiyini söyləyib. O, konfransın tibb işçilərinin gələcək fəaliyyətində çox faydalı olacağını, belə elmi-maarifləndirici tədbirlərin şəkər xəstəliyinin erkən mərhələdə aşkarlanmasına, vaxtında müalicə aparılmasına və amputasiyaların qarşısının alınmasına səbəb ola...

Bakıda “Regenerativ hüceyrələrin təbabətin müxtəlif sahələrində tətbiqinə multidissiplinar yanaşma. Gənclik və özünübərpa prosesinin sirri” mövzusunda konfrans keçirilib. Tədbir Modern Hospitalın nəzdində fəaliyyət göstərən regenerativ təbabət bölməsinin təşkilatçılığı ilə baş tutub. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Modern Hospitalın baş həkimi, klinikanın “Sağlam Arıqlama Mərkəzinin” rəhbəri, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri Taryel Ömərov konfransın mahiyyətindən danışıb: “Tədbirimizin ulu öndər Heydər Əliyevin təsis etdiyi Gənclər Günü ərəfəsində keçirilməsi təsadüf deyil. Artıq bildiyiniz kimi konfransımızın əsas mövzusu gənclik və gəncləşmədir. Məhz regenerativ...