Oftalmologiya — gözü, onun anatomiyası, fiziologiyası və xəstəliklərini öyrənən, həmçinin göz xəstəliklərinin müalicəsi və profilaktikası üsullarını işləyib hazırlayan tibb sahəsidir.
Oftalmoloq — gözləri tibbi və cərrahi üsulla müalicə edən xüsusi təhsil almış həkimdir.
Modern Hospitalda Oftalmologiya şöbəmizdə əsasən ambulator şəraitdə göz xəstəliklərinin müayinə və müalicəsi həssaslıqla aparılmaqdadır. Hazırda diaqnostika üçün ən müasir oftalmoloji avadanlıqlardan istifadə olunur.
Lazımi bütün avadanlıqlarla təchiz olunmuş şöbədə yeni doğulmuş körpələrdən tutmuş yaşlı insanlara qədər bütün pasiyentlərə xidmət göstərilir. Diaqnostika üçün ən müasir oftalmoloji avadanlıqlardan klinikada autorefaktometr, biomikroskop, linzalar, tomometr, göz dibi müayinəsi xidmətlərimiz mövcuddur.