HEPATOLOGİYA
Ümumi Məlumat

Hepar –qaraciyər, loqos –elm deməkdir. Hepatologiya qaraciyərin bütün xəstəlikləri ilə məşğul olan elmdir. Hepatologiya – qastroenterologiyanın ayrılmaz bir bölməsi olaraq qaraciyər, mədəaltı vəz və öd kisə-ödçıxarıcı yolların xəstəliklərini, onların müalicəsi və profilaktika yollarını öyrənir.

Hepatoloq – qaraciyər xəstəlikləri ilə məşğul olan həkimə deyilir. Hepatoloq qaraciyərin müayinə və müalicəsini həyata keçirir. Bundan başqa qaraciyər xəstəlikləri infeksion (yoluxucu) faktorların təsirindən baş verirsə bunun müalicəsini infeksionistlər aparır. İnfeksionist yoluxucu xəstəliklər üzrə mütəxəssisə deyilir. Yoluxucu xəstəliklərin mütləq bir törədicisi olur. Bu törədici bakteriya, virus (məsələn, hepatit b, hepatit c virusu), göbələk, qurd, parazit ola bilər. Yoluxucu xəstəliklərin törədiciləri bir şəxsdən başqa şəxsə keçib onları yoluxdurur. Buna görə bu xəstəliklər yoluxucudur. İnfeksionst həkimlər yoluxucu xəstəliklərin törədicilərini tapıb onları müalicə edir. İnfeksionistlər həm də hepatit A, hepatit B, hepatit C kimi qaraciyər iltihablanmasına və qaraciyər sirrozuna səbəb olan ciddi xəstəliklərin müalicəsilə məşğul olur.

Alkoqol mənşəli hepatitlər ilk zamanlarda klinik əlamətlərini zəif göstərsə də nəticə etibarı ilə digər hepatitlər kimi fibroz və sirrozla nəticələnir.

Qeyri Alkaqol mənşəli qaraciyər piylənməsinin səbəbləri

  • həddən artıq yağlı qidalara üstünlük verilməsi,
  • fast food tipli qidalanma ,
  • tərəvəzlərin və dəniz məhsullarının az istifadısi,
  • az hərəkətlilik

Autoimmun hepatitlər
Hepatitin bu növü daha çox qadınlar arasında üstünlük təşkil edir. Xüsusən digər autoimmun xəstəlilkərin fonunda müşahidə olunur.

Statistik olaraq dünya əhalisinin təxminən 30%-i qaraciyər xəstəliklərindən əziyyət çəkir. Xəstəliyin proqnoz və adekvat müalicəsi üçün qaraciyərdə fibroz toxumanın müəyyənləşdirilməsi böyük əhəmiyyətə malikdir. Qaraciyərin standart müayinələri (ALT, AST və USM) qaraciyərdə fibrotik dəyişikliklərin dərəcəsini dəqiq müəyyənləşdirə bilmir. Dünya praktikasında kütləvi istifadə olunan qeyri invaziv metod – hərəki dalğa elastoqrafiya – FibroSkan qaraciyərdə fibroz toxumanın dərəcəsini müəyyənləşdirmək üçün optimal metoddur. FibroSkanı cərrahi qaraciyər biopsiyasının alternativi hesab etmək olar. Bu histoloji müayinələrin nəticələrinə əsaslanır. Standart ultrasəs müayinəyə bənzəyir və xüsusi hazırlıq tələb etmədən tamamilə zərərsiz metod olub, yan təsirləri olmadığı üçün istifadəsinə zaman və say məhdudiyyəti qoyulmayıb.

Metodun iş prinsipi toxumada dalğa tezliyini ölçməklə toxumanın sıxlığını və müvafiq olaraq fibrozun dərəcəsini müəyyən etməkdir.

Bəzi məhdudiyətlər:

  • ağır dərəcəli piylənmə,
  • assit,
  • döş qəfəsinin qeyri standart forması,
  • hamiləlik.

Göstərişlər:

  • müxtəlif tip virus hepatitlər,
  • piy hepatozu (distrofiya),
  • alkaqol,
  • steatohepatit,
  • autoimmun xarakterli qaraciyər zədələnmələri,
  • irsi genetik faktora bağlı qaraciyər xəstəlikləri,
  • şəkərli diabet,
  • endokrin pozğunluq,
  • ateroskleroz,
  • piylənmə,
  • qanın biokimyəvi göstəricilər,
  • qanda yüksək bilurubin.

Qeyd: Qaraciyər xəstəliklərinə səbəb olan viruslar qan köçürülməsi, cərrahi müdaxilə, inyeksiyalar, cinsi yolla, doğum əsnasında xəstə anadan uşağa, yaxın təmas nəticəsində yoluxa bilər. Özümüzü və ətrafımızı gigiyena qaydalarına əməl etməyə təşviq edək ki, bu xəstəlikləri özümüzdən uzaq saxlaya bilək.

Sualınız var?
  • Qaraciyər sirrozu
  • Qaraciyər piylənməsi – Hepatoz
  • Portal Hipertoniya
  • Qaraciyər absesi
  • Qaraciyər kist hidatı
  • Qaraciyər xərçəngi
  • Xoş xassəli qaraciyər törəmələri
  • Hepatit A
  • Hepatit B
  • Hepatit C
  • Hepatit D
  • Öd kisəsinin iltihabı
  • Öd daşı xəstəliyi
  • Virus hepatitlərin (Hepatit A, B, C, D) müalicəsi
  • Qaraciyərin piy distrofiyası, qaraciyərdaxili xoslestaz müalicəsi
  • Öd kisəsi və öd yolları xəstəliklərinin cərrahi və qeyri-cərrahi üsullarla müalicəsi
  • Qaraciyər törəmələrinin biopsiyası və dəqiq diaqnostikası
  • Qaraciyər xəstəliklərinin aşkarlanması üçün labarator analizlərin götürülməsi
  • Qaraciyər xəstəliklərinin, özəlliklə xərçəng və digər törəməzələrin USM və Elostrometriya instrumental tibbi avadanlıqlar ilə aşkarlanması.

Bölümə aid həkimlər