QASTROENTEROLOGİYA
Ümumi Məlumat

Qastroenteroloqgiya – bütün həzm sistemi, ağızdan başlayaraq qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq, qaraciyər, öd kisəsi və öd kanalları, mədəaltı vəz xəstəliklərinin öyrənilməsi və müalicəsi ilə əlaqədar olan tibbi bölümdür. Qastroenteroloq terapevt – məhz qeyd olunan həzm sistemi xəstəliklərinin müalicəsi ilə məşğul olan ixtisas həkimləridir. Mədə-bağırsaq sistemi orqanlarında xərçəng və bənzər xəstəliklərdə, xüsusilə qaraciyər xəstəliklərində tez-tez tətbiq olunan biopsiya götürülməsi prosedurları da məhz mütəxəssiz qastroenteroloqların müşahidəsi altında tətbiq olunur.

Modern Hospital Qastroenterologiya şöbəsi qaraciyər, öd kisəsi, pankreas, yemək borusu, mədə, nazik və yoğun bağırsaq xəstəliklərinin müayinəsi, diaqnozu və müalicəsi üzrə ixtisaslaşmışdır.

Eyni zamanda ən müasir avadanlıqla təchiz olunmuş klinikamızın qastroenterologiya şöbəsi daxilində qastroskopiya və kolonoskopiya müayinə metodları mövcuddur ki, bu vasitə ilə müayinə olunan orqandakı mövcud vəziyyəti real görüntüləyərək dəqiq diaqnoz qoyulmasında əsaslı rol oynayır. Bu sadalanan müayinə üsulları pasiyentin istəyindən asılı olaraq anesteziya vəya anesteziyasız tətbiq olunur. Prosedur çox rahatdır, belə ki, ağız və ya rektal yoldan yerləşdirilən kiçik kamera başlıqlı nazik müayinə avadanlığı pasiyentin həzm sistemindəki ehtiyac duyulan yerə kimi yeridilir. Sonra isə görüntü alındıqdan sonra geri çıxarılır.

Qastroenteroloji xəstəliklərin müalicəsində bəzən cərrahi müdaxilələrə ehtiyac duyulur. Mütəxəssislər tərəfindən ən uygun müalicə üsulunun əməliyyat olmasına qərar verilərsə, bu da həkimin qərarı və pasiyentin istəyinə bağlı olaraq açıq vəya qapalı(endoskopik) üsulla ixtisaslaşmış cərrahlarımız tərəfindən icra olunur.

Sualınız var?

Qida borusu xəstəlikləri:

  • Axalaziya
  • Reflüks xəstəliyi (yeməyin mədədən qida borusuna qayıtması)
  • Ezofaqit
  • Diafraqmanın-qida borusu dəliyinin yırtığı

Mədə xəstəliklər:

  • Qastrit
  • Xroniki qastrit
  • Mədə xorası
  • Dispensiya halları

Onikibarmaq bağırsaq xəstəlikləri:

  • Onikibarmaq bağırsağın xorası
  • Duodenit
  • Onikibarmaq bağırsaq spazmları

Nazik bağırsaq xəstəlikləri:

  • Fermentativ çatışmazlıqlar
  • Divertikul
  • Sorulma xəstəliyi

Yoğun bağırsaq xəstəlikləri:

  • Kolit
  • Qıcıqlanmış bağırsaq sindromu
  • Qeyri-spesifik xoralı kolit
  • Kron xəstəliyi
  • Bağırsaq disbakteriozu
  • İshal və qəbizliklə gediş alan xəstəliklər
  • Babasil
  • Anal çat və qaşınma

Qaraciyər xəstəlikləri:

  • Metabolik və viruslu hepatitlər
  • Hepatit A
  • Hepatit B
  • Hepatit C
  • Hepatit D
  • Hemangiomalar
  • Autoimmun hepatit
  • Qaraciyərin alkohol xəstəliyi
  • Qaraciyər piylənməsi
  • Dərman zədələnmələri
  • Hemaxromatozlar

Öd kisə və ödçıxarıcı yolların xəstəlikləri:

  • Xolesistit
  • Xolangit
  • “Öd durğunluğu” ilə müşayiət olunan irsi və qazanılmış xəstəliklər

Mədəaltı vəzin xəstəlikləri:

  • Mədəaltı vəzin müxtəlif iltihabi xəstəlikləri
  • Ekzokrin disfunksiyaları
  • Pankreatit

• Müasir endoskopik avadanlıqla müayinə və diaqnoz
• Anesteziyalı ağrısız qastroskopiya və kolonoskopiya müayinələrin
• Helikobakter-pilorinin müayinə üsulu ilə təyin olunması
• Rentgen, KT
• Ezofaqo-qastroduodenoskopiya
• Rektoskopiya
• Rektosiqmoidoskopiya
• Kolonoskopiya, anoskopiya
• ERXPQ (endoskopik retroqrad xolangio-pankreatoqrafiya)
• Öd yolları daşlarının əməliyyatla və əmliyyatsız çıxarılması
• Öd yollarındakı darlıqların müalicəsi
• Öd yolu fistulalarının müalicəsi
• Mədəaltı vəzin müayinəsi və müalicəsi
• Qida borusunun müalicəsi
• Mədə-bağırsaq sistemi qanaxmalarının müalicəsi
• Mədə-bağırsaq sistemindən yad cisimlərin çıxarılması
• Perkutan endoskopik qastroskopiya
• Mədə-bağırsaq sisteminin poliplərinin endoskopik yolla çıxarılması
• Ultrasəs müayinə
• Enteral/parenteral qidalanma