Qastroskopiya
Qastroskopiya ( EQDS, FEQDS, FQDS, fibroqastroskopiya) — qida borusunun, mədənin və onikibarmaq bağırsağın qastroskop adlanan tibbi cihaz ilə endoskopik müayinəsdir .
Qastroskoplar sərt və əyilən ( yumşaq ) olmaqla iki qrupa bölünür. Əyilən qastroskoplar isə fibroqastroskop və videoqastroskop olmaqla iki tipə ayrılır .
Sərt qastroskoplardan artıq istifadə olunmadığından qastroskopiya deyərkən fibroqastroskopiya və ya videoqastroskopiya nəzərdə tutulur. Fibroqastroskoplar ilə müayinə zamanı görüntü okulyara ötürülür və həkim endoskopik təsviri birbaşa gözünü okulyara tutmaqla izləyir. Videoqastroskopla müayinə zamanı isə endoskopik təsvir elektron yolla monitora ötürülür .
Qastroskopiya müayinəsi təcili və planlı oluna bilər .Təcili qastroskopiya adətən həzm traktının yuxarı şöbələrində qanaxma və yad cisimləri zamanı icra olunur. Bu zaman qastroskopiya nəinki diaqnostika , həm də müalicə məqsədi üçün (yad cismin xaric olunması, qanaxmanın saxlanması, poliplərin götürülməsi və s. ) istifadə oluna bilər.
Planlı qastroskopiya isə qida borusunun, mədənin və onikibarmaq bağırsağın kəskin və xroniki xəstəliklərinin diaqnostikası və bəzən müalicəsi üçün icra olunur.
Qastroskopiya Nə Üçün Aparılır? Faydaları Nələrdir?
Qastroskopiya uzun müddət davam edən qarın ağrısı, mədə bulanması, qusma, udma aktında çətinlik, qusma zamanı qan görülməsi, mədə yanması şikayətlərində ilk ağla gələn diaqnostika metodudur.
Həkim əməliyyat zamanı lazım gəldiyində lezyonlardan toxuma nümunələri götürə bilər (biopsiya). Götürülən toxumalar mikroskopda patoloq həkim tərəfindən diqqətlə araşdırılaraq dəqiq xəstəlik diaqnozunu qoyurlar.
Mədədə mikrob olub olmadığı (Helicobacter pylori) ən dəqiq mədə biopsiyasında bakteriyanın görülməsi ilə təyin edilir. Əməliyyat zamanı aşkar edilən mədə poliplərinin çıxarılması (polipektomiya), darlıqların şarla genişləndirilməsi (dilatasiya), qanayan damarların arqon lazerlə və ya iynə inyeksiyası ilə dondurularaq müalicəsi (Sleroterapiya) müasir tibbin ən son yenilikləri və nailiyyətləridir.
Pasiyentlər Qastroskopiyaya Necə Hazırlanılmalıdır?
Pasiyentlər müayinə günündən əvvəlki gün yüngül nahar etməli, axşam saatlarında isə ancaq məhdud miqdar mayə qəbuluna icazə verilir. Gecə və səhər müayinəyə qədər isə heç bir qida və maye qəbuluna icazə verilmir. Mədənin boş olması qastroskopiya müayinəsi üçün zəruri haldır. Dərman allergiyası, ürək qapaq xəstəliyi və ağciyər xəstəliyi olan pasiyentlər vəziyyətlərini öncədən mütləq həkimə bildirməlidirlər.
Pasiyenti müayinə edəcək həkim dinləyərək , müayinəyə əks-göstərişlərin olub-olmadığını aşkara çıxarır. Hal-hazırda qastroskopiya üçün yeganə mütləq əks-göstəriş pasiyentin müayinədən qəti imtina etməsi sayılır, Qastroskopiya həm xəstənin ayıq vəziyyətində premedikasiya ilə , həm də venadaxili preparatlarla sedasiya ( dərman yuxusu) altında icra oluna bilər.
Müayinə Necə Keçirilir?
- Əməliyyata başlamazdan öncə instrumentin (öyümə və mədə bulanması) refleksini azaltmaq üçün boğaza lokal keyləşdirici vurulur.
- Pasiyent sol yan tərəfi üzərinə uzadılır.
- Pasiyentə reaksiya gücünü zəiflədən şüurlu sedasiya tətbiq olunur.
- Görüntü başlığlı alət ağızdan keçib qida borusu və mədəyə daxil olur.
- Müayinə ağrısız olur, 10-15 dəqiqəlik müddətdə bitirilir.
- Müayinədən sonra pasiyentlər 15-30 dəqiqə istirahət etdirilir, sonra uyğun isə 1 saat içində sulu qidalar qəbul edə bilərlər.
- Sedasiya olunan pasiyentin müayinədən sonra 2-3 saat müddətində avtomobil sürməməyi, kalabalıq yerlərdən uzaq olması, fiziki aktivliklə məşğul olmamağı tövsiyə edilir.
Müayinən müddəti xəstənin mədə möhtəviyyatının həcmindən, həzm traktında spazmların, daralmaların olmasından, mədənin formasından, xəstənin müayinə zamanı adekvatlığından, müayinə zamanı icra olunan prosedurların ( məsələn biopsiyanın) həcmindən və müayinə zamanı aşkarlanacaq patologiyalardan asılı olur. Adətən ayıq halda xəstənin müayinəsi 4-5 dəqiqə ərzində yekunlaşır. Sedasiya ( medikamentoz yuxu ) zamanı da müayinə həmin müddət qədər davam etsə də, yuxu müddəti 30 dəqiqəyə kimi olur. Xəstələr müayinədən sonra müəyyən müddət nəzarətdə olduqdan sonra evə buraxılırlar ( medikamentoz yuxu alan xəstələrə həmin gün avtomobil idarə etmək və digər diqqət tələb edən işlər görməmək tövsüyyə olunur ) . Müayinədən sonra qastroskoplar dezinfeksiya olunur, istifadə olunmuş alətlər ( məsələn biopsiya maşaları ) isə sterilləşdirilir.
Xəstənin müayinə üçün əks göstərişləri yoxdursa , təcrübəli endoskopist-həkim tərəfindən düzgün aparılan qastroskopiya təhlükəsiz və orqanizm üçün zərəsiz müayinə üsuludur. Hal-hazırda müasir endoskoplardan istifadə zamanı ağırlaşmaların rast gəlinmə ehtimalı çox aşağıdır .
Kolonoskopiya
Kolonoskopiya yoğun bağırsağın təsvir edilməsi üçün əhəmiyyətli bir diaqnoz üsuludur. Kolonoskopiya, pasiyentlərin mental olaraq narahat edən tibbi prosesslər arasında yer alır. Hətta bəzi pasiyentlər, kolonoskopiya müayinəsi təyin olunan vəziyyət olduğunda, həkimə müraciət etməyi gecikdirirlər. Halbuki, başda yoğun bağırsaq xərçəngi olmaqla həyati əhəmiyyət daşıyan bir çox xəstəliyə erkən diaqnoz qoymaq imkanını yaradır. Bu baxımdan beynalxalq protokolllarda qeyd olunur ki, 50 yaşından sonra, özəlliklə mədə bağırsaq problemləri/xəstəlikləri olan şəxslər mütəmadi olaraq həkim göstərişi ilə bu müayinə üsullarına müraciət etməlidirlər.
Yoğun bağırsağın təsvir edilməsi, müayinəsi üçün bu vasitələrdən istifadə olunur: Ultrasəs, tomoqrafiya, virtual tomoqrafiya və nəcisdə gizli qan tədqiqi. Bu kimi müayinələr həzm sistemi haqqında bir sıra məlumatlar verir. Amma əldə edilən nəticə kolonoskopiya qədər geniş məzmunlu olmur. Kolonoskopiya müayinəsində, bir ucunda kamera olan incə bir xortum ilə bağırsağa girilir və bağırsaq incələnir.
- Hansı şikayət hallarında Kolonoskopiya müayinəsi şərtdir?
- Yaxın qohumlarda yoğun bağırsaq xərçəngi və ya kolon bağırsaq polipi müəyyən edilibsə
- Nəcisdə qan, qaralıq dərəcəsində tündləşmə
- Anemiya və dəmir defisitliyi
- Xroniki xəstəliklər
- İltihablı bağırsaq xəstəlikləri
- Defekasiya aktında ciddi dəyişikliklər
- Uzunmüddətli qəbizlik və ya ishal
- Səbəbi bilinməyən qısa zamanda çəki itirilmə halı
- Uzun müddətli qarın ağrıları
Kolonoskopiya vəya Qastroskopiya zamanı aşkarlanan poliplərin erkən diaqnozu müalicə üçün önəmli əhəmiyyət daşıyır.
Polip, bağırsağın və mədənin içərisindən inkişaf edən kiçik əlavələrdır. Zamanında müalicə olunub nəzarət altında saxlanılmazsa poliplər böyüyüb, xərçəng olma riski daşıyır. Əgər poliplər tez aşkar edilirsə və çıxarılarsa, poliplərin səbəb olacağı xərçəngin qarşısı alınmış olur.
Kolonoskopiya Müayinəsi Necə İcra Olunur?
- Kolonoskopiyadan öncə pasiyentə sedativ və ağrıkəsici dərmanlar verilir.
- Kolonoskopiya proseduru üçün özəl olarak hazırlanmış, əməliyyat önlüyünə bənzər, arxası açıq kolonoskopiya geyimi pasiyentə geyindirilir.
- Pasiyentin nəfəsini, təzyiqini və nəbzinin nəzarətdə saxlanılması məqsədilə bədəninin fərqli nahiyyələrinə elektrodlar bağlanır.
- Pasiyenti müayinə masasına uzatdıqdan sonra dizlərini sinəsinə tərəf qaldırması istənilir.
- Kolonoskopiya pozisyası olarak bilinən bu pozisya sayəsində həkim vəya asanlıqla kolonoskopi ya cihazını bağırsağa yerləştirir. Kolonoskopiya cihazının ucunda olan kamera sayəsinde əldə edilən görüntü monitora yansıdılır.
- Bəzi hallarda bağırsaqların daha rahat və ayrıntılı bir şekildə görüntülənə bilməsi üçün laparoskopik cərrahiyyədə olduğu kimi bağırsaqların içinə karbondioksit qazı verilərək, bağırsaqlar şişirdilir.
- Qalın bağırsak boyunca yeridilən kolonoskopdan əldə edilən ayrıntılı görüntü sayesində həkim gərəkli hesab etdiyi bölgədən kolonoskopiya cihazında olan xüsusi alətlər sayəsində biopsiya üçün material götürə bilər.
- Həmçinin qalın bağırsaq divarında polip görülməsi halında bu törəmələri kolonoskopiya cihazı ile də kəsib çıxara bilər.
- Bu müddət boyunca kolonoskopiya cihazı tərəfindən əldə edilən görüntü yaddaşda saxlanılır ve prosedur başa çatanda endoskopist həkim tərəfindən çıxarılır.
Tez tez soruşulan suallardan biri də bu prosedurun nə qədər çəkməsidir. Kolonoskopiya proseduru təxminən 15-60 dəqiqə aralığında olur. Zamana təsir edən əsas amil kolonoskopiya zamanı icra olunan əlavə prosedurlardan asılıdır.
Kolonoskopiyadan Sonra Nələrə diqqət Olunmalıdır?
Müayinədən sonra anesteziyanın təsiri aradan qalxana qədər pasiyent 35-50 dəq müşahidə altında saxlanıldıqdan sonra xəstəxanadan çıxa bilər. Anesteziya tətbiq edilən pasiyentlərin evə maşınla qayıtması və ya işə gedib(özəlliklə kalabalıq iş ortamıdırsa) öz işinə normal şəkildə davam etməsi məsləhət görülmür. Belə ki, pasiyentin müayinədən sonra qaz şikayəti ola bilər. Bunun səbəbi, kolonoskopiya zamanı bağırsağı görmək üçün verilən havayagörə ola bilər, bu qısa müddət içərisində keçib gedir.