USM

Ümumi Məlumat

Ultrasəs müayinəsi, ultrasəs dalğaları vasitəsi ilə orqanizmin yumşaq toxumalarının müayinəsidir. USM cihazı yüksək tezlikli dalğalar əmələ gətirir ki, bu dalğalar toxumaların daxilinə nüfuz edir. Orqanlar və toxumalardan keçdikdə toxumanın sıxlığına uyğun olaraq rezonans dalğalar əks etdirilir. Bu dalğaların təsvirə çevirilməsi nəticədə həkim monitorda orqan və toxumaların təsvirini görür.

Ultrasəs müayinə qeyri-invaziv instrumental müayinə metodudur. Daha informativ və praktiki cəhətdən zərərsiz olan bu metod qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin, ürəyin, damarların və s. orqanların diaqnozunun qoyulmasında əvəzedilməz vasitələrdən hesab olunur.

Klinikamızda ən son ultrasəs avadanlıqlarının istifadəsilə bu sahədə ixtisaslaşmış mütəxəssislərimiz pasiyentlərimizə güvənli və keyfiyyətli xidmət göstərməkdədirlər.
Modern Hospitalın diaqnostika şöbələrinin ayrıca özəlliklərindən biri də USM müayinəsinin düzgün və müasir diaqnostika tələblərinə, beynəlxalq protokollara uyğun aparılması ilə bağlıdır.

Hospitalımızda hər növ  ultrasəs müayinələri aparılır. Ginekoloji, nevroloji, uroloji, damarların doppleroqrafiyası və digər sahəyə aid USM müayinəsini aparan həkimlər öz ixtisasının mütəxəssisi olmaqla yanaşı, həm də USM üzrə ixtisas keçiblər.

Bu da öz növbəsində Modern Hospitalda ən müasir USM aparatında aparılan müayinələrin keyfiyyətli və dəqiq olmasında ciddi rol oynayır.

Sualınız var?
  • böyrək xəstəlikləri
  • qaraciyər xəstəlikləri(piy atrofiyası, hepatit, sirroz ocaqlı dəyişikliklər)
  • öd xəstəlikləri (xolenistit, öd daşı xəstəlikləri və s.)
  • dalaq xəstəliyi
  • mədəaltı vəzi xəstəliyi (pankreatit və s.)
  • sidik kisəsi xəstəlikləri
  • ginekoloji xəstəliklər (döldə inkişaf qüsurları, yumurtalıq kistaları, uşaqlıq miyomaları, endometrioz və s.)
  • zob, qalxanvari vəz xəstəliyi, trieodit
  • limfa düyünləri xəstəliyi və damar xəstəlikləri
  • tüpürcək vəzi xəstəliyi, Sialadenit, Sialalitaz
  • Qarın boşluğu orqanları USM-i
  • Sidik-ifrazat sistemi orqanları USM-i
  • Qadın cinsiyyət sistemi: uşaqlıq və yumurtalıqlar (transabdominal və transvaginal), follikulmetriya (transabdominal və transvaginal), süd vəziləri USM-i
  • Kişi cinsiyyət sistemi: prostat vəzi (transabdominal) USM-i
  • Endokrin sistem: qalxanabənzər vəzi, böyrəküstü vəzilər, pancreas USM-i
  • Timus vəzinin müayinəsi
  • Yenidoğulmuşlarda bud-çanaq oynağının müayinəsi (displaziyasının təyini)