Artıq ölkəmizdə də dünya səhiyyəsində inkişaf etməkdə olan və beynəlxalq səhiyyə qurumları tərəfindən uzun müddətli sağalmayan yanıq yaraları, çapıqlar, dəri qırışları, dəri sallanmaları, diabetik ayaq yaralarının müalicəsində istifadə olunan regenrativ hüceyrə köçürməsi Modern Hospitalda da tətbiq olunmağa başlanmışdır. “Regenerativ hüceyrələrin təbabətin müxtəlif sahələrində tətbiqinə multidissiplinar yanaşma. Gənclik və özünübərpa prosesinin sirri” adı altında Hilton Otelində keçirilmiş konfransla Modern Hospital nəzdində fəaliyyətə başlayan Regenerativ Təbabət bölümünün təqdimatı keçirilib. Konfransda bu sahədə qardaş Türkiyə respublikasında fəaliyyət göstərən, uğurlu əməliyyatlar icra etmiş dünya üzrə...