Bakı, 5 fevral, AZƏRTAC Bakıda “Regenerativ hüceyrələrin təbabətin müxtəlif sahələrində tətbiqinə multidissiplinar yanaşma. Gənclik və özünübərpa prosesinin sirri” mövzusunda konfrans keçirilib. Tədbir Modern Hospitalın nəzdində fəaliyyət göstərən regenerativ təbabət bölməsinin təşkilatçılığı ilə baş tutub. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Modern Hospitalın baş həkimi, klinikanın “Sağlam Arıqlama Mərkəzinin” rəhbəri, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri Taryel Ömərov konfransın mahiyyətindən danışıb: “Tədbirimizin ulu öndər Heydər Əliyevin təsis etdiyi Gənclər Günü ərəfəsində keçirilməsi təsadüf deyil. Artıq bildiyiniz kimi konfransımızın əsas mövzusu gənclik və gəncləşmədir....