DAMAR CƏRRAHİYYƏSİ
Ümumi Məlumat

Damar cərrahiyyəsi bölümündə müxtəlif növ arterial və venoz damar patologiyaları Modern Hospitalda müalicə (skleroterapiya, lazer üsulu və s.) olunmaqdadır.

Günümüzdə insanlar arasında geniş yayılmış olan varikoz xəstəliyinin dünya praktikasında, eləcə də ölkəmizdə tətbiq olunan müxtəlif müalicə üsulları var. Ümumiyyətlə varikoz xəstəliyinə uzun müddət ayaq üstə olan və ya çox qısa zaman ərzində həddindən artıq kilo alan insanlarda daha çox rast gəlmək olar. Klinikamızda artıq uzun müddətdir ki, bu xəstəliyin müalicəsində lazer və ya radiofrekans müalicə üsulundan istifadə edilir. Bu üsul açıq əməliyyatdan daha üstündür. Dünya praktikasında təxmini 15 ilə yaxındır ki, müalicələrin bu üsullarla aparılması davam etdirilir. Belə ki, digər müalicələrə nisbətən lazer və ya radiofrekans üsullarının istər pasiyentin komfortu, istərsə də estetik baxımdan çox sayda üstünlükləri var.

Günümüzdə damar cərrahiyyəsində çox əhəmiyyətli sayılan yeniliklər ixtisaslaşmış mütəxəssislərimiz tərəfindən müvəffəqiyyətlə icra olunur.

Damar Cərrahiyyəsi şöbəsində müayinə/diaqnostika metodları:

  • Damarların Ultrasəs Rəngli Doppleri
  • Arteriyaların və damarların kontrast ilə Kompüter Tomoqrafiyası (KT-angioqrafiya)
  • Angioqrafiya (DSA)
Sualınız var?
  • Tromboflebit
  • Damar genişlənməsi
  • Varikoz (venoz çatışmazlıq)
  • Aortanın koarktasiyası
  • Aşağı ətrafların aterosklerozu
  • Aorta anevrizması (genişlənməsi)
  • Abdominal aorta və periferik arteriyaların anevrizmaları zamanı anevrizmektomiya və protezləşdirmə
  • Aorta-bifemoral şuntlama (bypass)
  • Periferik arteriyaların autovenoz və ya süni damar ilə şuntlanması (bypass)
  • Karotid endarterektomiya və arterioplastika
  • Periferik arteriyalardan endarterektomiya, trombembolektomiya
  • Fleboloji əməliyyatlar: klassik flebektomiya, endovenoz ablasiya (radiofrekans və lazer) və miniflebektomiya
  • Skleroterapiya, köpük skleroterapiya və Exo-skleroterapiya
  • Torakal və Lumbar simpatektomiya
  • Anadangəlmə angiodisplaziyaların cərrahi korreksiyası
  • Filayaqlılıq və limfodemalar zamanı dermolipofassioektomiya
  • Damar zədələnmələri zamanı anatomik strukturların bərpası
  • Ətraf və ya seqmentlərin replantasiyası
  • Trofik xoraların müalicəsi

Bölümə aid həkimlər