UROLOJİ CƏRRAHİYYƏ
Ümumi Məlumat

Urologiya-qadın və kişilərdə sidik ifrazat yolları ilə kişi cinsiyyət orqanlarının xəstəliklərini araşdıran və müalicə edən tibbi bölümdür. Böyrəklər, sidik ifrazat yolları, kişi yumurtalıqları, prostat, penis kimi orqanlara dair bütün xəstəliklərin diaqnoz və müalicəsini uroloq və uroloq-androloq həkimlər tərəfindən icra olunur.

Uroloji problemləri olanlar üçün uroflometr və litotripsiya aparatı ilə təchiz olunmuş Uroloji şöbəmizdə kişi və qadın urologiyasında hər növ kəskin və xroniki uroloji xəstəliklərin müalicəsi aparılmaqdadır. Şöbəmizin ixtisaslaşmış həkimləri az invaziv üsulla (laparoskopik və lazer cərrahiyyəsi) uroloji əməliyyatları icra edir. Həmçinin sidik kanalında və sidik kisəsində daşların, sidik kisəsinin disfunksiyasının, böyrək daşı və böyrək xəstəliklərinin müalicəsi müvəffəqiyyətlə həyata keçirilir.

Əlavə olaraq klinikamızda böyrək və sidik daşı xəstəliklərində əməliyyatsız, ağrısız və pasiyentin eyni gündə evə gətməsinə imkan verən ən uğurlu alternativ müalicə üsulu hesab olunan Distansion Zərbə Dalğalı Litotripsiya metodu vasitəsilə icra olunan qeyri cərrahi müalicə ilə hər il yüzlərlə insan öz sağlamlığına qovuşur. Eyni zamanda onu da qeyd edək ki, insanların çoxunun narahat olduğu elektromaqnit dalğalarının fəsadları günümüzə kimi aşkarlanmayıb, bununla əlaqəli narahatçılıq əsassızdır. Bu dalğalar bədən toxumalarını zədələmədən yalnız fokuslanmış istiqamətdə böyrək və sidik yollarında olan daşlara təsir edərək onları parçalayır.

Sualınız var?
  • Sidik yolları və böyrək daşları
  • Böyrək şişləri
  • Prostat vəzi törəmələri
  • Uşaq uroloji anomaliyaları
  • Sidik qaçırma
  • Cinsi zəiflik, cinsi pozğunluqlar
  • Sonsuzluq
  • Alkoqol nefropatiyası
  • Analgetik nefropatiya
  • Apostematoz pielonefrit
  • Balkan endemik nefropatiya
  • Balanapostit
  • Berje xəstəliyi
  • Böyrək amiloidozu
  • Böyrəklərin angiolipoması
  • Böyrək absesi
  • Böyrək adenokarsinoması
  • Hamiləlik dövrü sistit
  • Hamiləlik dövrü qlomerulonefrit
  • Hidronefroz
  • Hipospadiya
  • Xroniki böyrək çatışmazlığı
  • Sidik yolları və böyrək daşlarının müalicəsi
  • Kontaktsız daşqırma
  • Lazer ureterolitotripsiya
  • Pnevmatik ureterolitotripsiya
  • Böyrək daşlarının qapalı litotripsiyası, litoekstraksiyası
  • Böyrək daşlarının ultrasəs litolapaksiyası
  • Açıq sidik axarı və böyrək daşları əməliyyatları
  • Laparoskopik böyrək daşları əməliyyatları
  • Fibroureterorenoskopiya, litotripsiya
  • Sidik kisəsi daşlarında açıq və endoskopik əməliyyatlar
  • Sidik yolları, böyrək şişlərinin müalicəsi
  • Açıq tam və hissəvi nefrektomiyalar
  • Prostat xərçənginin radikal cərrahi müalicəsi
  • Cinsi pozğunluqlar, sonsuzluğun müalicəsi
  • Cinsi zəifliyin dəqiq diaqnostikası, dərman və cərrahi müalicəsi
  • Peyroni xəstəliyin müalicəsi
  • Xaya biopsiyası, toxum materialın alınması
  • Uşaqlarda görülən uroloji anomaliyaların müalicəsi
  • Qadınlarda mövcud uroloji problemlərin diaqnostikası və müalicəsi
  • Urodinamik müayyinə, sistometriya
  • Sidik saxlamazlığın minimal müdaxiləli müalicəsi
  • Prostatın qapalı və açıq əməliyyatları, biopsiyası
  • Stent və nefrostoma yerləşdirilməsi
  • Priapizm zamanı əməliyyatlar
  • Sidik yolları zədələnmələrinin müalicəsi
  • Klassik uroloji əməliyyatlar
  • Endoskopik (qapalı) prostat əməliyyatı (TURP)
  • Endoskopik (qapalı) sidik kisəsi daşı və şişlərinin əməliyyatları
  • Endoskopik (qapalı) böyrək daşı əməliyyatları
  • Böyrək, sidik axarı və sidik kisəsi daşlarının əməliyyatsız və ağrısız qırılması
  • Kişi sonsuzluğunun müalicəsi
  • Mikroskopik androloji əməliyyatlar (varikosel, toxum kanalları üzərində əməliyyatlar)
  • Qadınlarda və kişilərdə sidik saxlanamazlığının müalicəsi
  • Cinsi zəifliyin müalicəsi
  • Uşaqlarda anadangəlmə uroloji anomaliyaların aradan qaldırılması