Ultrasəs müayinəsi, ultrasəs dalğaları vasitəsi ilə orqanizmin yumşaq toxumalarının müayinəsidir. USM cihazı yüksək tezlikli dalğalar əmələ gətirir ki, bu dalğalar toxumaların daxilinə nüfuz edir. Orqanlar və toxumalardan keçdikdə toxumanın sıxlığına uyğun olaraq rezonans dalğalar əks etdirilir. Bu dalğaların təsvirə çevirilməsi nəticədə həkim monitorda orqan və toxumaların təsvirini görür.
Ultrasəs müayinə qeyri-invaziv instrumental müayinə metodudur. Daha informativ və praktiki cəhətdən zərərsiz olan bu metod qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin, ürəyin, damarların və s. orqanların diaqnozunun qoyulmasında əvəzedilməz vasitələrdən hesab olunur.
Klinikamızda ən son ultrasəs avadanlıqlarının istifadəsilə bu sahədə ixtisaslaşmış mütəxəssislərimiz pasiyentlərimizə güvənli və keyfiyyətli xidmət göstərməkdədirlər.
Modern Hospitalın diaqnostika şöbələrinin ayrıca özəlliklərindən biri də USM müayinəsinin düzgün və müasir diaqnostika tələblərinə, beynəlxalq protokollara uyğun aparılması ilə bağlıdır.
Hospitalımızda hər növ ultrasəs müayinələri aparılır. Ginekoloji, nevroloji, uroloji, damarların doppleroqrafiyası və digər sahəyə aid USM müayinəsini aparan həkimlər öz ixtisasının mütəxəssisi olmaqla yanaşı, həm də USM üzrə ixtisas keçiblər.
Bu da öz növbəsində Modern Hospitalda ən müasir USM aparatında aparılan müayinələrin keyfiyyətli və dəqiq olmasında ciddi rol oynayır.