Müxtəlif növ yoğun bağırsaq, düz bağırsaq, anal və perianal bölgə xəstəliklərinin müalicə olunduğu Kolo proktologiya şöbəsinin tərkibində olan professional qadın həkimlər və tibbi personaldan formalaşdırılmış Qadın Proktologiya Mərkəzimiz artıq bir neçə ildir ki, qadın pasiyentlərin ixtiyarındadır. Xanımlar komplekssiz tam rahat şəkildə həm müayinə, həm də müalicə oluna bilərlər. Babasil, anal çat, fistul və qadınların tez-tez rastlaşdığı digər proktoloji xəstəliklərin effektiv müalicəsi və ən müasir üsullarla cərrahiyyə əməliyyatları qadın cərrah proktoloqlar və qadın anestezioloqlarımız tərəfindən həyata keçirilir. Ehtiyac olduğu təqdirdə pasiyentlərimiz qastroenteroloq, proktoloq, ümumi cərrah, dermatoloq baxışından keçirilir və multidisiplinar yanaşılaraq diaqnoz qoyulur və müalicə olunur.